“Niyə Quran möcüzədir?” sualına ayətullah Behcətin cavabı


Ayətullah Behcətin Quranın niyə möcüzə olması haqda baxışı:
İslam dininin möcüzəsi Qurandır. Bunu necə izah etmək olar?.
İslam alimləri qeybdən, gələcəkdən, metafizikadan, elmi sirlərdən, tarixi hadislərin detallarından, keçmişdəki peyğəmbərlərin həyatını dəqiqliklə və tayfaların həyatlarında baş verən hadisələri təfərrüatı ilə qeyd edən Quranın Məhəmməd ibni Abdullah kimi çoban, yazı-oxumanı bilməyən, ərəb dilindən savayı digər dili bilməyən, öncədən heç bir müqəddəs və dəyərli kitabı mütaliə etməyən, müəllim yanına və məktəbə getməyən bir şəxs tərəfindən gəlməsini möcüzə bilirlər.

Tanınmış arfi mərhum Ayətullah Behcət isə Quranın möcüzə olmasını belə izah edir:

“Quran əbədi möcüzədir. Bu barədə müxtəlif terminlər var. Quranın möcüzə olması haqda deyilən ən mühüm baxış budur ki Quranla mübarizə aparmaq istəyənlər o işdən yayındırılırlar. Yəni Allah Quran kimi bir kitabı gətirmək istəyənləri o işdən yayındırır.
Amma mən özüm bu ehtimalı daha çox üstün bilirəm ki Quranın möcüzə olması belə izah olunmalıdır. O da Quranın cəzzabiyyətidir(onu oxuyanı özünə cəzb etməsi). Qurran cəzb edəndir. Cəzzabiyyət bir mövzudur ki, danışığa aid olan məsələdir. Bu bir surədə olur? Yoxsa 10 surədə, Yoxsa iki?. Cəzzabiyyət adi insanların sözlərində də var, amma dərəcəsi çox aşağıdır. Bütün danışıqların cəzzabiyyəti eyni deyildir”.(İslaminSesi)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter