İmam Əli (ə): Elə bir dövran gələcək ki...?


İmam Əli əleyhissalam (fitnəkarların və fitnəkarlıq zamanının məzəmmətində) buyurmuşdur:

İnsanlar üçün elə bir dövran gələcək ki, onda Qurandan nişanədən (mənaları və həqiqətləri barəsində düşünmədən yazıb oxumaqdan), İslamdan isə addan (onun hökmlərinə əməl etmədən şəhadətləri deməkdən) başqa bir şey qalmayacaq. Həmin zamanda onların məscidləri bina (zinət və gözəlliyi) baxımından abad, hidayət baxımından isə (onlarda pərhizkar və hidayət edən olmadığı üçün) virandır və onların sakin və abadlaşdıranları (məsciddə toplaşanlar) yer üzünün ən pisləridirlər. (Çünki) onlardan fitnə xaric olar və onlarda itaətsizlik və günah yerləşər. Həmin fitnədən kənarlaşan hər bir kəsi ona qaytararlar və ondan arxada qalanı ona tərəf apararlar. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah buyurur: Öz haqqıma and içmişəm ki, həmin insanlar üçün səbrli və ağıllıların onda (ondan qurtulmaqda) sərgərdan qaldığı bir fitnə göndərim. Həqiqətən (O, dediyini) edəndir. Biz Allahdan (fitnəkarlar kimi əbədi cəzaya düçar olmamağımız üçün) qəflət və xəbərsizlik günahından keçməsini istəyirik./ahlibeyt.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter