Qurani-Kərimdə bu müqəddəs kitabın neçə adı zikr olunub?
Quranda onun çoxlu adları sadalanıb. O cümlədən: “Kitab”, “Furqan”, “Nur”, “Tənzil”, “Kəlam”, “Hadi”, “Bəyan”, “Şəfa”, “Kərim”, “Mucir”, “Həkim”, “Zikr”, “Həbl”, “Qəsəs”, “Mubin”, “Sirac” və s.
“Bəqərə” surəsinin 207-ci ayəsi hansı hadisə ilə əlaqədar və kimin barəsində nazil olmuşdur?
“Bəqərə” surəsinin 207-ci ayəsi: “Camaatdan bəzisi (imanlı və fədakar insan olan Əli (əleyhissalam) kimi, “Leylətul-məbit”də Peyğəmbərin (s) yatağında yataraq) Allahın razılığını qazanmaq yolunda öz canlarını satır. Allah Öz bəndələrinə qarşı mehribandır.”
Hicrətin yeddinci əsrində yaşamış sünnü alimlərindən olan ibni Əbil Hədid “Nəhcül-bəlağə”yə yazdığı şərhində belə qeyd edir: “Bütün təfsirçilər demişlər ki, bu ayə Həzrət Əli ibni Əbi Talibin (əleyhissalam) barəsində, “Leylətul-məbit” gecəsində Həzrət Rəsuli-Əkrəmin (s) yerində yatması ilə əlaqədar olaraq nazil olmuşdur. Bu məsələ təvatür həddindədir, kafir və divanələrdən başqa heç kim onu inkar etməz.”/nur-az