Təvəlla və təbərranın anlamı və həqiqətinin mənasını yazın?


Təvəlla və Təbərranın mənası və anlamı: Lüğətdə “təvəlla” sevmək, dost tutmaq, ixtiyarına vermək, bir işi öhdəsinə götürmək, dostluq və məhəbbət (4), “təbərra” isə bezarlıq, bezmək, nifrət eləmək (5) mənalarındadır. Təvəlla kəlməsi bəzən “ən” (عن) şəkilçisi ilə istifadə olunur. Əgər “ən” (عن) şəkilçisiz istifadə olunsa, lüğəvi, yəni birini sevmək, ona itaət etmək, onu dost tutmaq və ona yardım etmək mənalarındadır. Əks halda, “ən” (عن) şəkilçisi ilə işlənərsə, üz döndərmək mənasındadır.

Qurani-kərimdə daha çox dönmək və arxa çevirmək mənalarında gəlib (6). Bəzi ayələrdə isə ilk mənasında işlədilib. Misal üçün, “Maidə” surəsinin 51-ci ayəsində buyurur:

“یا ایّها الّذین آمنوا لاتتخذوا الیهود و النصاری اولیاء بعضهم اولیاء بعض و من یتولّهم منکم فانّه منهم انّ اللّه لایهدی القوم الظالمین”
“Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!”

Şiə qaynaqlarında təvəlla Allahı, Peyğəmbəri (s) və İmamları (ə) sevib dost tutmaq, təsdiq etmək, onlara tabe olmaq və vilayətlərini qəbul etməkdir. Bu mənaya işarə edən ayələr sırasına “Maidə” surəsinin 55 və 56-cı ayələri də daxildir, belə ki, buyurur:

“انّما ولیّکم اللّه و رسوله و الّذین آمنوا الذین یقیمون الصّلوة و یؤتون الزکاة و هم راکعون و من یتول اللّه و رسوله و الّذین آمنوا فانّ حزب اللّه هم الغالبون”

“Sizin rəhbər və haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir və(həmçinin) namaz qılır və rükuda olduqları halda zəkat verən şəxslərdir. Kim Allahı, Onun elçisini və iman gətirənləri (özünə)dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter