Peyğəmbərlərinin ilk və son vəsiyyəti nələr oldu?


Təqva peyğəmbərlərin ilk və son vəsiyyətidir. Quranın müxtəlif surələrində oxuyursunuz ki, ilahi peyğəmbərlərin camaata ilk sözü təqvaya çağırış olmuşdur. Əgər təqva olsa, ilahi hidayət də var. Əgər təqva olsa, ilahi hidayət də tam olaraq fərd və cəmiyyətə nəsib olacaq. Bu oruc təqvanın müqəddiməsidir.

Allah-Taala “Hədid” surəsində buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə (sirat körpüsü üstündə) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!” (“Hədid”, 28). Təqva Allah tərəfindən sizin qəlbinizə, həyatınıza, yolunuza bir nur saçmasına səbəb olur. Siz o nurun işığında hərəkət edə, həyat yolunuzu tapa bilərsiniz. Bəşər çaşqınlıqla hərəkət edə bilməz. İnsan, məqsədi tanımadan hərəkət edə bilməz. Bizə mənzil başını, məqsədi göstərə biləcək nur təqvadan pəhrizkarlıqdan irəli gəlir

(Böyük Allah ayı Ali Dini Lider həzrət Ayətullah Xameneinin nitqində)/ Tәrcümә еdәn: M. Əzizoğlu


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter