Günümüzdə Peyğəmbərimizi (s) rahatsız edən beş əməl nələrdir?


Şəbistan Xəbər Agentliyinin məlumatına görə, höccətül - islam vəl - müslimin Nasir Məhəmmədi Rəfii ramazan ayı ilə əlaqədar qurulan mərasimdə çıxş edib.

Natiq öz çıxışında Məhəmməd peyğəmbərin axır - zamanda baş verəcək ictimai durumla bağlı nigarançılığından söz açıb.

Dinin yalnız peyğəmbərin dönəminə aid olmadığını deyən ruhani əlavə edib: Məhəmməd peyğəmbər axır - zamanda baş verəcək bir sıra ictimai durumla bağlı öz nigarançılığını səhabə və ətrafındakılarına söyləyərdi. Bunlar günümüzdə də diqqət mərkəzində saxlanılmalı və ondan çəkinməliyik.


-Allahın Elçisi (s) buyurardı: Mən axır – zamanda 5 şeylə bağlı nigaranam: Din yüngül sayılar, hökm və sərəncamlar satılar, rüşvət alınar, qohum - əqrəba ilə əlaqələr kəsilər, Quranı qina ilə oxuyarlar, bir də layiq olmayan insanları qabağa çəkərlər.

Höccətül - islam vəl - müslimin Nasir Məhəmədi Rəfii daha sonar bu əməllərdən çəkiməyi tapşırdı: Biz bu məsələlərə qarşı diqqətli olmalıyıq, onlardan çəkinməliyik. Onlara mürtəkib olmaq Allahın Elçisini (s) narahat etmək, ona qarşı çıxmaq və ona itaət etməmək deməkdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter