30 min hədisi əzbər bilən alim kim idi?


30 min hədisi əzbər bilən və hər xütbəsi zamanı bir mətləb barədə 100-ə yaxın hədis rəvayət edib izah edən Şeyxul-muhəddisin Hüccətül-İslam Şeyx Mürtəza Ənsari Qumi.

İslaminSesi xəbər verir ki, Şeyx Mürtəza Ənsari Qumi 1899-cu ildə Qum şəhərində nəsəbi Şeyxut-Taifəyə və İmam Həsən Əskərinin tanınmış səhabəsi Səd ibni Abdullah Əşəri Qummiyə çatan bir ailədə dünyaya gəlib.

Şeyx Mürtəza Ənsari Qumi şiə hövzəsində, ruhanilər və alimlər arasında təbliğat üçün hicrətə getməyin əsasını qoyan, ramazan və məhərrəm aylarında təbliğat mühacirətlərin təşkil edilməsini formalaşdıran ilk alimdir.

Şeyx Mürtəza Ənsari Qumi islam dünyasının ən böyük xətiblərindən olub. Onun on minlərlə hədisi sənədi və mətni ilə birgə əzbər bilməsi şeyxin xütbələrini daha da cəzzab edirdi. O ömrünün 40 ilini təbliğat üçün mühcirətə sərf edib.

Bəzi müctəhidlərin şeyx Ənsari Qumminin hədis elmi barədə bilgilərini ortaya qoyan sitatlarını təqdim edirik:

Ayətullah Safi Gülpəyqani: Bir dəfə hesabladım xütbə zamanı 70 hədis söylədi və açıqlamasını verdi.

Ayətullah Meşkini(r): Mən dövlət televiziyasından xahiş edirəm Şeyx Ənsari Quminin şəxsiyyəti barədə veriliş hazırlayıb camaata tanıtdırsınlar. Hər xütbəsində bəhs etdiyi mətləb barədə yüzdən artıq hədis söyləyən Şeyx Ənsari Qumi kimilərin bu dinin qorunub saxlanmasına görə boynumuzda haqqı var.

Ayətullah Sübhani: Bir dəfə Ərbəin məclisində \"ərbəin\" sözü keçən 40 hədis söyləyərək hamısına izah verdi. Onun minbəri elə minbər idi ki, sıravi adamdan müctehidə kimi hamıya xeyri var idi. Və onun xütbələrində olmağı başqa şeylərə dəyişməzdilər.

Ayətullah Seyyid Məhəmməd Ruhani: Ayətullah Xoyinin fiqh dərsində ondan xahiş etdik dərsini tez tamamlasın ki, Şeyx Ənsari Quminin xütbəsinə özümüzü çatdıraq. Soruşdu ki, bəyəm o nə danışır ki, ora belə tələsirsiz. Dedik ki, onun minbəri deyiləsi deyil. Gərək özünüz iştirak edib görəsiniz. Dərsi tez tamamlayıb bizimlə onun məclisinə getdi. Xütbədən sonra buyurdu ki, həqiqətən Ənsarinin xütbələri çox xeyirlidir. Və nə vaxt dərsi onun xütbəsi olan günlə üst-üstə düşürdüsə, dərsini tez tamamlayardı.

Qeyd edək ki bir çoxları onu fiqh alimi islam dünyasının mərcələrindən olan Şeyx Murtaza Ənsari Şuştəri (1781-1864) ilə səhv salırlar. Məhz buna görədir ki bəhs etdiyimiz alimə Şeyxul-Ənsari əs-Sani (İkinci şeyx Ənsari) ləqəbi verilib.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter