Allahın varlığını fərzİyyə hesab edən şəxslərİn cavabında nə deyə bİlərsİnİz?


Cavab: Əvvəla: “Fərz edin ki, Allah mövcuddur!” – ibarəsi düzgün deyil, bizim və sizin müşahidələrimizlə, sözsüz ki, uyğun gəlmir. Mümkündür ki, sizin bəzi dostlarınız üçün belə olsun, lakin bu, hamıya aid deyildir.
İkincisi: Görəsən, bu, ehtimallar aləmində etina edilməyən fərziyyədir? Kimsə onun isbatı və inkarı üçün cəhd edibmi? Dinlərdə geniş allahşünaslıq bəhslərinə müraciət etdikdə, belə bir işi qəbul etmək qeyri-mümkün olur.
Üçüncüsü: Tarix boyu zühur edən, ilahi kəlamı çatdıran, bizim doğru yola yönəlməyimiz, islahımız, eləcə də mərifətimizin çoxalması üçün bir sıra göstərişlər və təlimlər gətirən bu qədər ilahi peyğəmbərlər və elçilər də Allahın varlığını fərziyyə hesab etmişlərmi? Görəsən, insaflı bir şəxsin vicdanı bunu qəbul edərmi?
Dördüncüsü: İndiyə qədər müxtəlif dinlər və məktəblərdə allahşünaslıq yolları barəsində danışılarkən Allahı isbat etmək üçün Onun varlığı fərz olunmayıb. Əksinə, belə deyirlər: “Əgər Allah olmasaydı”, səbəb və nəticə (determinizm) zəncirini necə isbat etmək olardı? “Əgər Allah olmasaydı”, dünyaya hakim nizamı necə izah etmək olardı? “Əgər Allah olmasaydı”, bəşərə ruhi və psixi sakitliyi necə hədiyyə etmək olardı? Həqiqətdə, Onun mövcud olmamasını fərz etməklə varlığını isbat edirlər. Başqa sözlə, Allahın varlığını fərz etməklə yox, dünyaya hakim nizam və səbəb-nəticə zənciri kimi bir sıra məsələlərin varlığını fərz etməklə Onun varlığını isbat edirlər.
Lakin öz dostlarınızın şübhəsinə cavab vermək üçün onların diqqətini öncə deyilən məsələlərə, eləcədə bu mövzuda çap olunan müxtəlif kitablara yönəldə bilərsiniz. Əgər Allahın nişanə və əlaməti sayılan bütün varlıqlara diqqət yetirsək, Onun varlığını inkar edə bilmədiyimiz kimi, fərz də etməyəcəyik.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter