Nə üçün dünyada həm çİrkİnlİk, həm də gözəllİklər mövcuddur? Nə olardı kİ, Allah-taala yalnız gözəllİklərİ yaradaydı?!


Cavab: Allah-taala varlıq aləmini ən gözəl və ən kamil şəkildə yaratmışdır. Bu kamil və gözəl aləm məxluqlar arasında fərqlərin mövcudluğunu zəruri edir. Biz fərqlərə malik dünyada birinə yaxşı, digərinə isə pis deyərək, “nə üçün bu yaxşıdır, o isə pisdir?” – sualını veririk. Halbuki dünyada pis olmasaydı, yaxşı da olmazdı. Bu, eynilə qaranlıq və işıqlı səhnələri olan rəsmə bənzəyir. Onu gözəl göstərən iki fondan – həm qaranlıq, həm də işıqdan ibarət olmasıdır. Əgər şəkildə hər yer işıq olsaydı, həmin şəkil öz gözəlliyini itirər və istənilən lövhə alınmazdı. Görəsən, dünyada pislik olmasaydı, gözəllik mövcud olardı? Əgər pis insan olmasaydı, yaxşı insan olardı? Bizim bir şeyi gözəlliklə vəsf edib, ona heyran olmağımız bütün dünyanın eyni formada olmamasından irəli gəlir. Əgər bütün dünya eyni, bütün insanlar yaxşı, bütün bəşər cəmiyyəti imam Əli ibn Əbutalibin (ə) və digər yaxşı insanların xüsusiyyətlərinə malik olsaydılar, artıq dünyada imam Əli (ə), digər təqvalı və gözəl insanlar tanınmazdı. Deməli, bizim yaxşı və gözəl adlandırdığımız şeylər öz yaxşılıq və gözəlliklərinə görə, çirkin şeylərin pislik və çikinliklərinə borcludur. (“Tovhid”, səh. 312; “Ədli İlahi”, səh. 163-165.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter