Keçmiş peyğəmbərlər də özlərindən sonra vəsiyy (canişin) təyin ediblərmi?


Şiə inancına görə, hər bir peyğəmbər özündən sonra canişin təyin etmişdir. Peyğəmbərlərin özlərindən sonra canişin təyin etmələri əhli-sünnə məzhəbində vacib sayılmasa da, keçmiş peyğəmbərlərin canişin seçmələri barədə sünni mənbələrində də kifayət qədər hədislər vardır. Mənbələrdən məlum olur ki, Həzrət Adəm (ə) vəfat edərkən oğlu Şisi (ə), Həzrət Davud (ə) oğlu Süleymanı (ə), Həzrət Musa (ə) qardaşı Harunu, Həzrət İsa (ə) öz həvarisi Şəmunu (Simonu) canişin elan etmişdir. Başqa peyğəmbərlərin də canişinlərinin adı müvafiq kitablarda çəkilir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter