Az yeməyin bədən və ruha 10 müsbət təsiri nələrdir?


Az yeməyin və ac qalmağın bir çox faydaları vardır ki, onlara işarə edək:
1. Ruh və cismin sağlam qalması. İmam Sadiq (ə) buyurur: “Az yemək - bütün dünya insanları yanında bəyənilən sifətlərdəndir, zahir və batinin faydasınadır”.
İnsan qəlbi üçün çox yeməkdən təhlükəli bir şey yoxdur. Çox yemək iki şeyi irs qoyar:
a) Qəlb qəsavətini.
b) Gizli şəhvəti təhrik etməyi.

Çox yeməmək - qəlb və ruh üçün ən gözəl dərmandır. İmam Sadiq (ə) buyurur: “Hər dərd və xəstəlik çox yeməkdən və həzmsizlikdən hasil olur, hərarətdən başqa”.
İmam Kazım (ə) buyurur: “Əgər insan yeyən zaman mötədil olarsa, bədəni sağlam qalar”.
İmam Əli (ə) buyurur: “Aclıq və xəstəlik bir yerə sığışmaz”.
“Çox yemək adətindən çəkinin. Bu iş xəstəliklərin və dərdlərin mənbəyidir”.
“Az yemək - nəfsi əziz və sağlamlığı davamlı edər”.

2. Pak düşüncə. İmam Əli (ə) buyurur: “Hər kim yeyən zaman ölçüsü olarsa, sağlamlığı artar və düşüncəsi sağlam qalar”.
İmam Səccad (ə) buyurur: “Hər kim Allahı düşünər, Ondan qorxar, Onun üçün iş görərsə, gərək özünü aclıqla təmrin etsin”.

3. Yeməkdən ləzzət almaq. İmam Hadi (ə) buyurur: “Gecə oyaq qalmaq - yuxunu şirin və aclıq - yeməyi ləzzətli edər”.

4. Allah yanında ən sevimli əməl. Həzrət Peyğəmbər (s) buyurur: “Nəfsinizlə cihad edin, aclıq və susuzluğunuzla. Əcri o kəsin əcri kimidir ki, Allah yolunda cihad edər. Allah yanında aclıq və susuzluqdan daha sevimli əməl yoxdur”.

5. Hesabı asan edər. İmam Əli (ə) buyurur: “Hər kim yeməyi az olarsa (yəni az yeyərsə), az hesab verər”. Peyğəmbər (s) buyurur:“Xoş olsun o insanın halına ki, yemək yeməsin və aclıq çəksin. Çünki onlar qiyamət günü tox olarlar”.

6. İlahi Övliyaların zümrəsinə daxil olar. Həzrət Peyğəmbərdən (s) souşurlar: “Alicənab insanların əlaməti nədir?”. Həzrət (s) buyurur: “Dünyada zindanlıdırlar. Dillərini çox danışmaqdan saxlayarlar. Qarınlarını çox yeməkdən saxlayarlar”.

7. Mələklərin sevimlisi olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim haqqı çoxlu təsbih edər, az yeyər və az içər, az yatar, mələklər onun müştaqı olarlar”.

8. Hikmət əta olunar. Həzrət Peyğəmbər (s) buyurur: “Hikmət nuru - aclıqdır. Toxluq Allahdan uzaqlaşmaqdır. Ona görə də tox olmayın ki, mərifət nuru qəlblərinizdə sönər”.

9. İbadət. Həzrət Peyğəmbər (s) buyurur: “Az yemək - ibadətdir”.

10. Qəlbin Allahı görməsi. Həzrət İsa (ə) buyurur: “Ciyərlərinizə aclıq verin. Bəlkə bu yolla qəlbləriniz Allahı görsün”. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter