Şaban ayının hər günlük əməllərinin əsas 4-ü hansılardır?


Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə yetirilməsi, duaların oxunması tövsiyə olunur:

1. Oruc tutmaq və sədəqə vermək; İmam Sadiqdən (ə) Rəcəb ayının orucu barədə soruşulduqda, o həzrət buyurdu: “Niyə Şəban ayının orucundan qafilsiniz (və Şəban ayının orucu haqda bir şey soruşmursunuz)?!” Soruşdular: “Ey Peyğəmbərin övladı! Şəban ayında bir gün oruc tutan şəxsin savabı nədir?” Buyurdu: “Allaha and olsun, onun savabı cənnətdir.” Soruşdular: “Ey Peyğəmbərin övladı! Bu ayda ən yaxşı əməl nədir?” Buyurdu: “Sədəqə vermək və istiğfar etmək (Allahdan günahların bağışlanılmasını diləmək)...”

2. İstiğfar etmək: Belə ki, Şəban ayının hər günü yetmiş dəfəأَسْتَغْفِرُ اللَّهَ وَ أَسْأَلُهُ التَّوْبَةَ (Əstəğfirullahə və əs`əluhut-təvbəh – Allahdan bağışlanmaq diləyir və Ondan tövbə (tövbəyə müvəffəq etməyini) istəyirəm!) zikrini demək müstəhəbdir. Həmçinin tövsiyə olunur ki, hər gün bu zikr də yetmiş dəfə deyilsin: Əsləğfirullahəlləzi la ilahə illa huvər-rəhmanur rəhim, əl həyyul qəyyum, və ətubu iləyh. (Rəhman, rəhim, diri və qəyyum Allahdan məğfirət diləyirəm və tövbə edirəm.)

Şəban ayının fəzilət və əməlləri ilə bağlı nəql olunan hədislərdən belə qənaətə gəlmək olar ki, Şəban ayında ən üstün zikr və dua istiğfar etməkdir (günahlar‎ın bağ‎‏lanmas‎ını‎ diləməkdir). Nəql olunur ki, hər kəs bu ayda yetmiş‏ dəfə istiğfar etsə, ba‏şqa aylarda etdiyi yetmi‏ş min istiğfar etmiş‏ kimidir.

3. İki rükət namaz qılmaq: Şəban ayının hər cümə axşamı iki rükət namaz qılmaq müstəhəbdir, belə ki, hər rükətdə “Həmd” surəsi deyildikdən sonra yüz dəfə “İxlas” surəsi və salamdan sonra yüz dəfə salavat deyilir.

Nəql olunur ki, Ş‏əban ay‎nı‎n hər cümə axşamı‎ Allah-Taala səmaları‎ bəzəyir. Həmin gün mələklər deyirlər ki, ilahi, bu günü oruc tutanlarn‎ bağış‎‏la və onları‎n istək və dualar‎ını‎ rəva et!

4. Çoxlu salavat demək; Xüsusi ilə də beşinci günlər 100 salavat unutmamaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter