2016-cı ilin may ayı üçün əlamətdar İslami günlər hansılardır?
2016-ci il may ayının islami əlamətdar günlər:
03 may - 25 rəcəb - 7-ci İmam Həzrət Museyi-Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun-ər-Rəşid tərfindən zəhərlənərək, şəhadətə yetişmişdir. Mübarək hərəmi Kazimeyn şəhərindədir. İmamı (ə) ziyarət etməyə əli çatmayanlar, onun qızlarının Vətənimizdə - Nardaranda və Bibi-Heybətdə olan məqbərələrini ziyarət edə bilərlər.
05 may - 27 rəcəb - hicrətdən 13 il öncə - Həzrət Muhəmməd ibn Abdullaha (s) peyğəmbərliyin verilməsi günü - Məbəs günüdür. Bu gündə oruc tutmaq çox müstəhəbdir.
06 may - 28 rəcəb - hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hərəkət etmişdir. Bu - Aşura salnaməsi ilə sonlanan, xilafəti qəsb etmiş zalım Yezid istibdadına qarşı mübarizə hərəkatının başlanğıcı idi. Azsaylı tərəfdarları ilə İslamı yaşadan, zülmə, rəzilliyə lyox!» deyən İmam Hüseyn (ə), bu yenilməz mübarizəsilə misilsiz qəhrəmanlıq məktəbinin əsasını qoymuşdur.
08 may - 1 şaban - Xanım Zeynəbin (s.ə) mövludu (bir rəvayətə görə)
10 may - 3 şaban - İmam Hüseynin (ə) mövludu
11 may - 4 şaban - Həzrət Əbəlfəzl Abbasın (ə) mübarək təvəllüd günü
12 may - 5 şaban - Həzrət İmam Səccadın (ə) mübarək doğum günü
14 may - 7 şaban - Həzrət Qasim ibn Həsənin (ə) mövludu
18 may - 11 şaban - İmam Hüseynin (ə) oğlu Həzrət Əliəkbərin doğum günü
22 may – 15 Şəban - İmam Məhdinin (əc) təvəllüdü