Əsas odur ki ürəyim təmiz olsun deyənlərə hansı tövsiyələri deməliyik?
Ürəyini təmiz hesab edib, əməl etməyənlərə bəzi tövsiyələr:
1. Bizim üçün təmiz ürək - o ürəkdir ki, niyyəti Allahla olsun. Ürəyin sahibi bir işi yerinə yetirən zaman ancaq Allahın razılığını nəzərə alsın. Onun buyurduqlarına əməl etsin, özünün düz sandıqlarına deyil.
2. Əgər insanın ürəyi həqiqətən təmizdirsə, gərək Allahın istəklərinin ardınca olsun, nəfsinin deyil. Çünki təmiz ürək ancaq Allahın mütisi olar. O ürək ki, ancaq nəfsinə
quluq edər və Allahın rəhmətindən özünü uzaqlaşdırar necə pak və təmiz ola bilər ki?
3. Peyğəmbərimiz (s) və Məsum İmamlarımız (ə) bizi saleh əməl etməyə dəvət edirlər. Bu insanların ürəyini təmiz hesab edirlər. Lakin özləri hamıdan daha çox dediklərinə əməl edirlər. Bu əməlləri saleh əməl hesab edirlər.
4. Hər bir iddianın əlamət və nişanəsi olmalıdır. Təmiz ürəyin ən mühüm nişanəsi isə saleh əməl yerinə yetirməkdir. Məgər bu mümkündür ki, insanın ürəyi təmiz olsun, lakin özü çirkin əməl görsün? Hər kəsin zahiri batininin nişanəsidir. /deyerler.