Dünyaya bağlanmamış zahidlərdən nəsihətlər...


Səkkiz xüsusiyyətin ardınca gəzdim, bütün dünya və axirət xeyrini həmin şeylərdə tapdım:

1. Qüdrət və məqam əldə etmək istədim, onu elmdən başqa bir şeydə görmədim. Elm və bilik ardınca gedin ki, həm dünyada, həm də axirətdə əzəmət sahibi olasınız.
2. Böyüklük axtardım, bunu təqvadan başqa bir şeydə görmədim. Təqvalı olun ki, böyüklük əldə edəsiniz.

3. Var-dövlət əldə etmək istədim, bunu qənaətdən başqa bir şeydə görmədim. Qənaət edin ki, ehtiyacsız olasınız.
4. Asayişi əldə etmək istədim. Bunu nalayiq və fərsiz insanlardan uzaq olmaqda gördüm. Bu cür insanlarla yoldaşlıq etməkdən uzaq olun ki, rahatlıq əldə edəsiniz və Allahın əzabından amanda qalasınız.

5. Salamatlıq ardınca gəzdim, bunu Allaha itaətdən başqa bir şeydə görmədim. Allaha itaət edin ki, salamat qalasınız.
6. Xüzu və təvazö ardınca gəzdim, bunu haqqı qəbul etməkdən başqa bir şeydə görmədim. Haqqı qəbul edin ki, təkəbbürdən uzaq olasınız.

7. Həyatın ləzzətini axtardım, bunu nəfsani istəkləri tərk etməkdə gördüm. Nəfsin istəklərini tərk edin ki, həyatın ləzzətini da dadasınız.
8. Camaatın tə`rifinin ardınca getdim, bunu səxavətdən başqa bir şeydə görmədim. Səxavətli olun ki, yaxşı ad qazanasınız. /ehliwie-samux


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter