ZİNADAN DÜNYAYA GƏLƏN ŞƏXSİN GÜNAHI NƏDİR?


Cavab: “Ədalət” hər şeyi öz yerində qərar verməkdir. Əmirəl-möminin Əli (ə) bu barədə buyurmuşdur: “Ədalət hər şeyi öz yerində qərar verməkdir.”( “Nəhcül-bəlağə”, hikmət: 437.)
Bu tərifə əsasən, ilahi ədalət budur ki, Allah-taala Öz hikmətinin tələbi əsasında dünyanı xeyirli və kamil, eləcə də, müxtəlif varlıqları son hədəfə uyğun halda yaratmışdır.
Digər tərəfdən ilahi ədalətə əsasən, varlıq aləmi elə xəlq olunmuşdur ki, öz varlıq mərtəbəsinə mütənasibdir və hər bir yaranmış üçün ona uyğun gələn qayda-qanunlar, adət-ənənələr mövcuddur. Bu arada maddi və bizim həyat sürdüyümüz aləm elə xəlq olunmuşdur ki, Öz varlıq mərtəbəsinə mütənasibdir. Bu səbəbdən də, ona xüsusi nizam hakimdir. İxtilaflar, dəyişikliklər, hərəkət, təsir göstərmək və təsirlənmək bu dünyanın ayrılmaz xüsusiyyətlərindən sayılır.
VARLIQLARIN TƏSİRİ
Dünyanın qayda-qanunlarından biri varlıqların bir-birinə təsir göstərməsi və təsirlənməsidir. Yəni bir sıra amillər bir varlığın müəyyən formaya düşməsinə təsir göstərir və o həmin amildən təsirlənir. Buna torpaq, günəş və su vasitəsilə bir ədəd toxumun bitki olmasını misal göstərmək olar. Belə ki, bitkinin dəyişməsi bu üç amilin necəliyinə bağlıdır.
Başqa bir misal: Fizioloji və bioloji xüsusiyyətlər uşağın cisminə birbaşa təsir göstərir. Belə ki, valideynin ruhi xüsusiyyətləri rüşeymə öz təsirini göstərir. Şəriətə uyğun olmayan yolla nütfənin bağlanmasında, eləcə də, belə bir övladın dünyaya gəlişində anaya hakim ruhiyyə səbəbindən, günahdan dünyaya gələn uşağın günaha meyli daha güclü olur. Bu, maddi aləmə uyğun qayda-qanunlardan təsirlənir. Bir sıra səbəb və amillər varlığa öz təsirini göstərir və həmin varlıq bu səbəb və amillərdən təsirlənir.
Yer üzündəki varlıqlar içərisində insan özünəməxsus xüsusiyyətə və formaya malikdir. Bu da, insanın həqiqi tərkibindən – cism və ruhdan aslıdır. İnsanın quruluşu elə tənzimlənmişdir ki, bu dünyada bir sıra səbəb və amillər müqabilində müqavimət göstərməyə, onlardan təsirlənməməyə, hətta onların təsirinin qarşısını almağa qadirdir.
İnsan elm, iradə və azadlığa malik olduğu üçün, – maddi və digər amillər nəticəsində birbaşa sıxıntıda olmasından əlavə – müqavimət göstərmək və onların təsiretmə qabiliyyətinin qarşısını almaq qüdrətinə malikdir.

ZİNADAN DÜNYAYA GƏLƏN ŞƏXSİN İXTİYARI
Zinadan dünyaya gələn şəxs elm və biliyini artırmaq, doğru yol seçərək ata-anasının yaratdığı cərəyanın əksinə hərəkət etmək gücündədir. Əlbəttə, bu təbii cərəyanla mübarizə aparmaq böyük müqavimət tələb edir və insanın çoxlu çətinliklərlə üzləşməsinə səbəb olur. Lakin Allah-taala həmin çətinliklərə görə, öz istəyinin əksinə hərəkət edib, saleh əməl yerinə yetirən şəxsin savabını iki qat verəcəkdir. Əgər zinadan dünyaya gələn şəxs öz ata-anasının yol verdiyi günahın təsirindən məcburi şəkildə günaha yönəlmişsə, onun cəzalanmasının səbəbi nədir? İlahi cəza və əzab insanın qarşısında yaxşı və pis yol olduqda və insan seçim apara bildikdə həyata keçir. Belə ki, yaxşı yol seçib saleh iş görərsə savab qazanar, yox əgər pis yol seçib günaha yol verərsə, ilahi əzaba düçar olar. Bu məsələ bütün insanlara, hətta zinadan dünyaya gələnlərə aiddir. İlahi cəzanın zinadan dünyaya gələn şəxs barəsində bəyan olunmasının səbəbi budur ki, o, ixtiyar və iradə sahibidir, öz yolunu və taleyini dəyişdirmək qüdrətinə malikdir.
Uşağın şəriətə uyğun gəlməyən çatışmazlıqları maddi aləmə hakim nizamın əksinə olmadığı üçün, ilahi ədalətin ziddinə də deyil. Digər tərəfdən, zinadan dünyaya gələn şəxsin elm, iradə və azadlığa malik olması insana hakim adət-ənənənin tələbinə görədir. Bu da, ilahi ədalətdən sayılır. Həmçinin, zinadan dünyaya gələn şəxs ixtiyar sahibi olduğu və öz yolunu dəyişməyə qadir olduğu halda, onu dəyişmədiyi üçün ilahi ədalət çərçivəsində cəzalanacaqdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter