Qəmgin ruh üçün din hansı 3 dərmanı tövsiyə edir?
Dünya həyatı elə amillərlə doludur ki, insan istəsə də, isməsə də qəmgin və qüssəli olur. Bəzən dünyanın fani olması, bəzən insanın dünyaya qərq olması kimi qəmlər.
Bu cür qəmlər insanın inkişaf etməsinə mane olur. İnsanı inzivaya çəkilməyə məcbur edir. Ona görə də zərərli qəmlər kimi tanınmışdılar. Lakin bəzi qəmlər vardır ki, insanın inkişaf etməsinə səbəb olar. Belə ki, insan günahına görə qəmgin olarsa və ona görə tövbə edərsə, bu əməl onun inkişaf etməsinə gətirib çıxardar.
İslam dini bizə hər bir qəmdən xilas olmağın yollarını açıqlamışdır. Həm cisim və həm də ruh üçün dərmanları vardır. Misal üçün təmiz paltar geyinmək qəmi sizdən uzaqlaşdıra bilər. Ruhla bağlı dərmanlara işarə edək:
1. Yəqindən bəhrələnmək. İlahi vədəyə şəkk etmək insana iztirab və qəm gətirər. O bəndənin ki, Allaha yəqini yoxdur və vədələrinə inanmır, daima qəm içində olar. Əksinə, o bəndə ki, Allahın ruzi verdiyinə inanır və bilir ki, Allah bütün məxluqlarının ruzisini verəndir, heç bir zaman ruzisinə görə qəm yeyməz. İmam Sadiq (ə) buyurur: “Allah Öz elm, hikmət və ədaləti üzərindən rahatlıq və sevinci Allah rizasında və yəqinində qərar vermişdir. Qəm və qüssəni - şəkk və narazılıqda. Ona görə də Allahdan razı olun və Onun əmri qarşısında boyun əyin”.
2. Dünyanı tanımaq. İnsan əgər tez keçən ləzzətlərə meyl edərsə və onların keçici olduğuna diqqət etməzsə, qəmgin olar. İnsan bilməlidir ki, bu dünyada olan xoşluqlar da, qəmlər də keçicidir. Dünya gah insana üz tutar, gah da üz çevirər. O kəs ki, dünyanı yaxşı tanıyar, qəmgin olmaz. İmam Əli (ə) buyurur: “Zəmanə iki günlükdür. Bir günü səninlədir və o biri günü sənin əksinədir. Əgər səninlə olarsa, sərməst olma, əgər sənin əksinə olarsa, səbir et, çünki hər ikisi keçəndir”.
3. Allahdan yardım istəmək. Dinimiz qəmdən xilas olmaq üçün bizlərə çox sayda zikr tanıtmışdır. Bu zikrləri harada və nə zaman edə biləcəyimizi bizə təlim vermişdir. Məsumlar (ə) bizə qəmgin olan zaman bu zikri tez-tez deməyimizi tövsiyə edirlər: “«لا حول و لاقوه الا بالله» (“Lə həvlə və lə quvvətə illə billəh”).
İmam Sadiq (ə) buyurur: “Nə zaman əmirlər və ya başqaları tərəfindən sənə qəm çatsa «لا حول و لاقوه الا بالله» (“Lə həvlə və lə quvvətə illə billəh”) zikrini çox de. O, rahatlığın açarı və behişt xəzinələrindəndir”. /Deyerler.