İslamda ad günü keçirmək haramdırmı?
-Ad günü keçirmək İslami sünnətlərdən deyildir. Yəni İslami bilgilərdə ad günü keçirmək haqda heç bir tapşırıqlar gəlməmişdir. Cəfəri məktəbinin baxışı bu deyil ki, ziyanverici olmayan sünnətləri məhkum edib sıradan çıxarsın. Amma bəşəriyyətin özyaratdığı sünətləri İslama daxil etmək və onu vacib əməl olaraq sadalamaq düzgün deyildir. Çünki İslamın baxışına görə hər bir sünnət və anımmərasimləri gərək ki, inanclı insanların biliyinə və imanında artıma səbəb olacaq hədəflərə malik olmuş olsun.
-Bir məsələni də unutmaq lazım deyil ki, batil olmayan sünnətləri bəyənilən əməllərlə yanaşı etmək mümkündürsə belə vəziyyətdən istifadə etmək daha məsləhətlidir.
Xülasə desək ad günü mərasimləri keçirmək əgər şəxsin düşünməsinə və həyatının tərzini düzgün yönə çəkilməsinə səbəb olarsa belə mərasimlərin qurulması faydalı, istiqamətyönlü olur və icazəlidir. sualcavab.ge