Gözlənilməyən ölümün gəlməsinin qarşısını alan əməllər nələrdir?
Qeyri-müəyyən əcəli uzaqlaşdıra bilən amillər:
1. Günahı tərk etmək. İmam Sadiq (ə) buyurur: “İnsanlar ən çox (təbii) əcəlləri ilə ölmək yerinə, günahlarının təsiri nəticəsində ölürlər”.
2. Sədəqə. İmam Əli (ə) buyurur: “Sədəqə verərək ömürlər uzanar”.
3. Sileyi-rəhm. İmam Rza (ə) buyurur: “Biz ömrün uzanması üçün sileyi-rəhmdən başqa vasitə tanımırıq. Əgər insanın ömrünə 3 il qalarsa, ancaq sileyi-rəhminə görə Allah o qalmış ilə 30 il də əlavə edər”.
İmam Sadiq (ə) buyurur: “Bəzən insan günah edir və yaxşı əməllərdən biri olan gecə namazından qalır, bilin ki, pis iş insanın məhv olmasında bıçağın ətə təsir etməsindən daha sürətlidir”. deyerler.