Ani ölümlərə səbəb olan amillər hansılardır?
Hədislər buyurur ki, ani ölümlərin bir çoxu günahlara görə baş verər. İmam Sadiq (ə) buyurur: “O kəslər ki, günahların (vasitəsilə) ölərlər, təbii ölümlə bu dünyadan gedənlərin sayından daha çoxdur”. Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Heç bir bədbəxtlik üz verməz, baş ağrısı və xəstəlik olmaz, məgər insanın gördüyü günahlarına görə”.
Ani ölümlərə səbəb olan günahları tanıyaq:
1. Qohumluq əlaqəsini kəsmək. Həzrət Peyğəmbər (s) buyurur: “Sileyi-rəhm evləri abad edər və ömürləri artırar, baxmayaraq ki, onu yerinə yetirən yaxşı insan olmasa belə”.
2. Yalan. Yalan insan həyatına çox ziyan vurar, o cümlədən ömrünü qısaldar. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, yalandan and içər və bilər ki, yalandır – Allahla döyüşə gedər. Həqiqətən yalan and evləri sahibsiz edər və övladların yoxsul olmasına səbəb olar”.
3. Zina. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman məndən sonra zina yayılar, ani ölümlər çoxalar”.
4. Valideynlərə əziyyət vermək. İmam Sadiq (ə) buyurur: “Pənah aparıram Allaha o günahlardan ki, məhv etməkdə tələsər, ölümləri yaxınlaşdırar və evləri sahibsiz edər. Onlar ibarətdir: qohumluq əlaqəsini kəsmək, valideynə əziyyət vermək, ehsan və yaxşılıqdan əl çəkmək”.
Hər birimiz ölməzdən əvvəl özümüzü ölümə hazır etməliyik. Necə ki, Əmirəl-möminin (ə) bunu edir və buyururdu: “Allaha and olsun ki, Əbu Talibin oğlu ölümə, körpənin anasının sinəsinə yaxın olduğundan daha yaxındır”. deyerler.