Həyatınızın mənası üçün: Özünüzdən Soruşmağınız Lazım Olan 45 Sual hansılardır?
Bəzi suallar vardır özümüzdən soruşmağa, heç cürə cəsarət edə bilmirik. Ancaq o sualları özümüzə ünvanladığımızda daxilimizdə nəyinsə dəyişməyə başladığını hiss edirik. Bu yazımızda insanların özündən soruşmağı lazım olan 45 sualı yayımlayırıq. Bu sualların doğru və yanlış cavabları var. Sadəcə özümüzə xas fərqlilik yaratmaq və və özümüz haqqında bir az düşünmək üçün bu suallar hazırlanmışdır. Buyurun bu da bəhs etdiyimiz 45 sual. Bizdən soruşmaqdır ?
1.Tam olaraq nə istəyirsiniz? Məqsədinizə çatdığınızı haradan biləcəksiniz?
2.Kim yaxud nə olmaq istəyirsiniz?
3.Nəyə sahib olmaq istəyirsiniz? Gərçəkdə nəyə sahibsiniz?
4.Özünüz və ətrafınızla əlaqəli nəyi kontrol edə bilirsiniz və yaxud edə bilmirsiniz?
5.Güclü cəhətləriniz hansılardır?
6.İnkişaf etdirilməsi lazım olan bacarıqlarınız hansəlardır?
7.Fəaliyyət göstərdiyiniz işi sevirsiniz?
8.10 il sonra bu gün etdiyiniz və yaxud etmədiklərinizdən hansıları önəmli olacaq?
9.İndi hər istədiyinizi etmək imkanınız olsaydı, yenə də bu gün etdiklərinizi davam etdirərdinizmi?
10.Ölmədən əvvəl edəcəyiniz tək bir iş olsaydı, bu nə olardı? Bunu niyə indi etmirsiniz?
11.Ən böyük qorxunuz nədir?
12.Həyatınızdakı ən böyük məqsədiniz nədir?
13.Bu məqsədə çatmağınız üçün özünüzdə hansı bacarıqlarınızı inkişaf etdirməyiniz lazımdır?
14.Həyatda məqsədlərinizə çatmağınız üçün atmağınız lazım olan ilk addımlar nələrdir?
15.Yaşamaqdakı missiyanız-vəzifəniz nədir? Nə üçün yaşayırsınız?
16.Sizin üçün uğurun tərifi necədir? Uğurlu olduğunuzu necə başa düşərsiniz?
17.Özünüzü dəyərli hiss etməyiniz üçün nəyə ehtiyacınız var?
18.Sizi çərçivəyə salan nədir?
19.Həyatda sizi güclü hiss etdirən şeylər nələrdir?
20.Bu gün həyatınızdan nə əskik olsa, yaşamağınızın mənasız olduğunu düşünərsiz?
21.Dünyaya yenidən gəlsəydiniz, nəyi fərqli edərdiniz?
22.Özünüzdə dəyişdirmək istədiyiniz əsas şey nədir?
23.Özünüzdə bəyəndiyiniz və bəyənmədiyiniz ən önəmli 3 xüsusiyyət nədir?
24.Sizə görə xoşbəxtlik nədir? Xoşbəxt olmaq üçün nəyə ehtiyacınız var?
25.Hal-hazırda həyatınızda sizi xoşbəxt edən şey nədir?
26.Həyatınızda sizi həyəcanlandıran şey nədir?
27.Hal-hazırda həyatınızda ləzzət aldığınız şey nədir?
28.Həyatınızda nə dərəcədə minnətdarlıq duyursunuz?
29.Bu gün özünüzlə bağlı fərqli olaraq nə öyrəndiniz?
30.Kimləri sevirsiniz? Onları niyə sevirsiniz və yaxud onlardakı nəyi sevirsiniz?
31.Həyatınızdakı əsaslar nələrdir? Niyə?
32.Həyatınızdakı prinsiplər və öncəlikləriniz nələrdir?
33.Özünüzü həyatınızda nələrin bir parçası olaraq görürsünüz?
34.Özünüzü hansı vəziyyətdə güvəndə hiss edərsiniz?
35.Həyatda ən çox kimə və yaxud nəyə güvənirsiniz? Nə üçün?
36.Tarixdə ən çox sevdiyiniz qəhrəman və ya lider kimdir? Nə üçün?
37.Ən çox azad olmaq istədiyiniz vərdişiniz hansıdır?
38.Özünüzdə olmayan, lakin olmasını istədiyiniz şəxsi xüsusiyyətlər nələrdir?
39.Sizi motivə edən ən önəmli şey nədir?
40.Sizin motivasiyanızı dağıdan ən önəmli şey nədir?
41.Ölüm sizcə nəyi ifadə edir?
42.Sizcə yaşamağın mənası nədir?
43.Tam olaraq siz kimsiniz?
45.Xoşbəxtsiniz? wsemir.com