İmam Rizanın (ə) ziyarətçisinə hansı müjdə verilmişdir?


İmam Rza (ə) buyurub:\"Hər kəs məni uzaq evimdə ziyarət edərsə, mən üç yerdə onun köməyinə çataraq onu (o) yerlərin çətinliklərindən xilas edərəm:

1. Xalqın əməl kitabları özlərinə verildikdə.
2. Sirat körpüsündən keçdikdə.
3. (Bəndələrin əməlləri) hesablanan halda.(Biharul-ənvar, cild 99, səh. 34)

-Yasir Xadimdən nəql olunub ki, İmam Rza (ə) buyurmuşdur:\"Agah ol və bil ki, mən məzlum halında zəhərlə öldürülüb qərib bir yerdə dəfn olunacağam. Beləliklə hər kəs məni ziyarət etmək üçün səfərə çıxarsa, duası qəbul olub, günahı bağışlanar.\"(Biharul-ənvar, cild 99, səh. 36)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter