Ayətullah, Amin, Bidət, beyət və ziyarət istilahlarının mənası nədir?


1-\"Ayətullah\" - İslam aləmində ən yüksək dini rütbələrdən biridir. İslam elmlərinin incəliklərinə bələd olan alimlərə \"ayətullah\" deyilir. Lüğəti mənası \"ALLAHın yer üzərində nişanəsi\" deməkdir.
2-\"Amin\" - Bütün duaların sonunda işlənən söz. Təqribi mənası \"Dua qəbul olsun!\" deməkdir.
3-Bidət: – İlahi hökmlərə yenilik gətirmək, dində olmayan bir hökmü din adına yamamaq. Bu işin görən Allaha qarşı haram etmiş və tövbə etməsə Cəhənnəmə əzabı ilə hədələnmişdir.
4-\"Bey`ət\" - Bir kəsin hakimiyyətini tanımaq və ona tabeçiliyi etiraf etmək. Qədimlərdə hökmdarlar, şəhər valiləri və b. hakimiyyətə keçdikdə, tabeçilikdə olanlar bir-bir onların əlini sıxıb, itaət etdiklərini bildirirdilər. Buna \"bey`ət\" deyilirdi.
5-\"Ziyarət\" - Müqəddəs şəxslərin ruhuna salam göndərmək məqsədi ilə onların məzarı yerləşən yerə səfər etmək. Bəzən dini şəxslərin görüşünə getmək də \"ziyarət\" adlanır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter