Necə oldu Həzrət Əli (ə) Ümmül-Bəninlə ailə qurdu?
Xanım Zəhranın (s.ə) vəfatından sonra Həzrət Əli (ə) ərəb arasında nəsilşünas kimi məşhur olan qardaşı Əqildən xahiş etdi ki, şücaətli bir qəbilədən ona həyat yoldaşı tapsın. Əqil çox götür-qoy etdikdən sonra Hizam ibn Xalidin qızı Ümmül-Bənin üçün elçiliyə getdi. Hizam bu gözlənilməz təklifə etirazla dedi: Bədəvi bir qadın öz bədəvi mədəniyyəti ilə Əmirəlmömininə layiq dayil... Əqilin təkidlərindən sonra arvadı və qızı ilə məsləhətləşmək üçün vaxt istədi. Onlarla görüşdükdən sonra xəbər tutdu ki, qızı yuxu görüb...
Ümmül-Bənin yuxusunu belə nəql etmişdi: Özümü gül-çiçəkli, mer-meyvəli bir bağda gördüm. Dümduru çaylar axırdı. Mən göydə ay və ulduzlara baxıb sütunsuz səma barədə düşünürdüm ki, ay sanki göydən qırılıb ətəyimə endi. Onun nuru göz qamaşdırırdı. Mən heyrətdə olduğum an dörd parlaq ulduz ayın arxasınca ətəyimə endi...
Sonradan dörd şəhid verəcək ananın yuxusu... Vilayet.info