İmam Zamanın (ə.f) yer və göy əhlindən olan köməkləri nə olacaq?


Axir – Zamanda sonuncu höccət həzrət İmam Mehdi (ə.f) zühur edərkən göyün mələkləri də onun köməyinə gələcəklər. Çünki İmam Zamanın (ə.f) geniş qiyamınd çox sayda köməyə ehtiyacı var ki, bu köməklər hər bir tayfadan, hər bir istedaddan, yerdən, göydən və hər bir yaranışdan olmalıdır ki, dünyada ədalət hakimiyyətini yarada bilsin. Necə ki, Allah-Taala Quran-Kərimdə Bədr döyüşündən danışarkən müsəlman döyüşçülərini yüz nəfərlik və min nəfərlik mələk dəstələri ilə himayə etdiyini deyir. Həmin mələklərdən bəziləri Həzrət Nuh, Həzrət İrbahim və digərləri ilə də olub...

Həmin mələklərin də Həzrət Peyğəmbərin (s) hökumətinin qurulmasında köməkləri oldu.

Müxtəlif hədislərdə İmam Zamanın (ə.f) qiyamında ona kömək edəcək olan tayfalar haqqında söz açılmışdır ki, bunları aşağıdakı kateqoriyalara bölmək olar:
1). Peyğəmbərlər və onların dostları. Məsələn İsa peyğəmbər və bəzi həvarilər...
2). Mələklər və hurilər də İmamın (ə.f) köməyin gələcək və qoşunları qüvvətləndirəcəklər.
3). Şərq diyarlarının əhalisi ki, keçmiş və böyük İran əraziləri nəzərdə tutulur...
4). Xorasan əhli.
5). Qum əhli.

6). Taliqan şəhərinin əhalisi. Əlbəttə İranda Tehranın qərbində, Gilan əyalətində və Əfqanistanda Taliban şəhərləri vardır ki, əlamətlər ilə bu şəhərdən məqsəd Tehranın qərbində olan Taliqandır.
7). Misr, İraq və Şam əhlindən saleh insanlar İmamın qoşununa qoşulacaqlar...
8). Bəzi hədislərdə qadınların da bu qiyama qoşulacağı və İmamın qoşununda tibb bacısı kimi xidmət göstərəcəkləri qeyd olunur...
9). Bunlardan əlavə İmam Zamanın (ə) xüsusi köməkçiləri də olacaqdır ki, onların sayı hədislərdə 313 nəfər göstərilmişdir...
10). Bəzi hədislərdə bəzi rayon və kənd adları da qeyd olunmuşdur ki, əhalisi İmam Zamanın köməyi üçün ayağa qalxacaqlar... http://az.shabestan.ir/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter