Müsəlman kişinin xristian qadınla evlənməsi icazəlidirmi?


Cavab: Əhli-sünnə məzhəbində müsəlman kişinin əhli-kitabdan olan (yəhudi və xristian) qadınla evlənməsi icazəlidir.

Şiə məzhəbində alimlərin məsələyə münasibəti fərqlidir. Keçmiş müctəhidlərin böyük əksəriyyəti müsəlman kişinin əhli-kitab qadınla daimi nikaha girməsini haram bilirdilər.

Son dövr müctəhidlərindən bir qismi əhli-kitab qadınla daimi evlənməyi qəti olaraq haram bilir (məsələn, Ayətullah Sistani). Bəzi alimlər bunu məkruh sayırlar (məsələn, Ayətullah Şübeyri Zəncani). Bir qisim müctəhidlər bunu ehtiyati-vacibə görə haram bilirlər (məsələn, Ayətullah Məkarim Şirazi). Bəzi müctəhidlər isə bunu ehtiyata görə haram bilməklə yanaşı şərt qoyurlar ki, əgər kişinin bundan əvvəl müsəlman qadını varsa və əhli-kitabla evlənmək istəsə, öz müsəlman arvadından icazə almalıdır (məsələn, Ayətullah Vəhid Xorasani). ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter