Peyğəmbərin (s) sualı: səhəri necə açmısan?
Bir gün Həzrət Peyğəmbər (s) səhabələrdən biri ilə rastlaşdıqda ondan: \"Səhəri necə açmısan?\" (yəni, əhvalın necədir?)-deyə soruşur. Səhabə: \"Yaxşıdır\" - deyə cavab verir. Lakin Peyğəmbər (s) onun bu cavabı ilə razılaşmayıb, sualını bir daha təkrar edir. Səhabə həmin cavabı verir. Peyğəmbər (s) üçüncü dəfə də eyni sualı təkrarladıqda səhabə eyni cavabı verib əlavə edir ki, Allaha həmd olsun, şükr edirəm Ona! Həzrət Peyğəmbər (s) dərhal buyurur ki, bax bu idi səndən eşitmək istədiyim! ixlas.