ÇOXALLAHLILIQ FƏRZİYYƏSİNİ NECƏ BATİL ETMƏK OLAR?


Cavab: Allahın yeganəliyinin isbatı ilə əlaqədar müxtəlif dəlillər mövcuddur. Biz onların birini şərh etməklə kifayətlənirik. Bu dəlilin başa düşülməsi üçün iki müqəddiməyə diqqət yetirmək lazımdır:
1. Hər bir nəticənin varlığı öz səbəbinə bağlıdır; başqa sözlə, səbəb-nəticə (determinizm) qanununa əsasən, hər bir məxluq və nəticə öz varlığını xaliqdən, yaradan səbəbdən alır. Əgər onların şərtlərə və iste`dadlara ehtiyacı olarsa, varlıqları da mütləq özünü yaradan səbəbə istinad etməlidir. Buna əsasən, əgər iki, ya ikidən çox varlıq bəxş edən səbəb fərz olunsa, onların hər bir nəticəsi öz səbəbinə bağlı olar və əsla başqa bir səbəbə, yaxud onun nəticələrinə bağlı olmaz. Beləliklə, onların nəticələri arasında əlaqə və bağlılıq yaranmaz.
2. Varlıq aləminə vahid nizam hakim kəsilmişdir. Onda uyğun gələn və uyğun gəlməyən fenomenlərin bir-birlərilə əlaqələri var. Uyğun gələn fenomenlər arasındakı əlaqələr müxtəlif səbəb-nəticə qanununun tə`sirindədir. Bu qanunlar dəyişikliklərin baş verməsinə səbəb olur və onları heç vəchlə inkar etmək olmaz. Lakin keçmiş, indiki və gələcək fenomenlər arasındakı əlaqələr belədir: Keçmiş fenomenlər indiki fenomenlərin vücuda gəlməsinə zəmin yaradır. İndiki fenomenlər da öz növbəsində gələcək fenomenlərin yaranmasına zəmin hazırlayır. Əgər səbəb-nəticə əlaqələri dünya fenomenlərin arasından götürülsə, dünyadan əsər-əlamət qalmaz və digər bir fenomen də vücuda gəlməz. Necə ki, insanın hava, su, işıq və qida məhsulları ilə əlaqəsi qırılsa, artıq öz yaşayışını davam etdirib, başqa bir insanın dünyaya gəlişinə, yaxud digər bir əşyanın düzəlməsinə zəmin yarada bilməz.
Bu iki müqəddimə əsasənda belə bir nəticə çıxarmaq olar ki, saysız-hesabsız keçmiş, indiki və gələcək fenomenlərin, varlıq toplumuna aid bu dünya və onun nizamının bir xaliqi və yaradanı var. (Dünya və ona hakim nizam) Allahın nəzarəti, hikmətli tədbiri və müdrikliyi ilə idarə olunur. Əgər Ondan başqa, tanrı olsaydı, onlar arasında əlaqə və bağlılıq yaranmaz, dünyaya vahid nizam hakim kəsilməzdi. Eləcə də, hər bir xaliq öz xaliqi tərəfindən yaranar və onun xaliqi başqa xaliqlərin köməyilə vücuda gələrdi. Nəticədə müxtəlif və müstəqil nizamlar, varlıqlar yaranardı və onlar arasında heç bir bağlılıq olmazdı. Halbuki dünyada mövcud nizamlar bir-birlərinə bağlı vahid nizamdandır. Və onların fenomenləri arasında da bağlılıq müşahidə olunur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter