Yəhudiləri dahiyə çevirən 7 amil hansılardır?


Ekspertlərin, Psixoloq və psixopedaqoqların fikrincə uşağın tərbiyə və inkişafına yəhudilər qədər diqqət və vaxt ayıran ikinci xalq mövcud deyil. Bunun xeyirli və zərərli tərəfləri olsa da nəticə etibarilə bu uşaqlar gələcəkdə bütün sferalarda olduqca böyük uğurlar qazanırlar. Diqqətinizə yəhudilərin 7 qızıl tərbiyə qaydasını çatdırırıq.

1. Kompleks yaratmırlar,
Uşaqlarda kompleks yaranmasına imkan vermirlər. Yəhudi ana heç bir zaman qışqırmaz, ahəngli və səbirli səslə : “Sənin kimi ağıllı, dərrakəli uşaq belə səhvlər edə bilməz” kimi ifadələr işlədər.

2. İnanılmaz sərbəstlik
Yəhudi uşaqlarının evdə sərbəstliyi və istədiyini etməsi yalnız təəccüb doğura bilər. Karandaşla bütün divarları yaza, anasının dodaq boyası ilə atasının xarici pasportunu rəngləyə bilərlər. Bütün bu işlərə görə onları heç kim danlamır. Uşaqlıqdan fantaziya və təxəyyülün inkişafı üçün şərait yaradılır. Məhdudlaşdırma yalnız uşağın özünə və ya ətrafdakılara ziyan verə bilinəcəyi təqdirdə olduqca mədəni və hiss edilməyəcək şəkildə edilir.

3. Tərifləyirlər
Yəhudi anaları uşaqlarını tez-tez tərifləyirlər. Hətta bizim diqqət yetirməyəcəyimiz olduqca kiçik məqamları da uşağın böyük uğuru kimi göstərib ona təriflər yağdırırlar.

4. Uşağa yalan danışmırlar
Nə isə söz verildisə tam ciddiyyəti ilə yerinə yetirilir.

5. Ailədə sevgi
Yəhudi ata və analar heç bir zaman övladlarının yanında mübahisə edib münasibət aydınlaşdırmırlar. Uşaqlar tam harmoniyada və sağlam psixoloji mühitdə böyüyür.

6. Valideynlik məktəbləri
Yəhudi anaları uşağa tərbiyə vermənin incəliklərini ailə qurmazdan əvvəl öyrənməyə başlayır. Bunun üçün sinaqoqlarda xüsusi kurslar var. Tərbiyə proqramının hazırlanmasında qədim müdriklərin tərtib etdiyi mətnlər və eləcə də ekspertlərin tövsiyəsi önəmli yer tutur.

7. Vaxt bölgüsü
Yəhudi valideynlər uşağa vaxtı və işləri düzgün planlaşdırmanı aşağı yaşlardan təlqin edirlər. Övladlarının boş vaxt keçirməyə və tənbəllik etməyə imkanı olmur. Müxtəlif dərnəklər, məşğələlər , tapşırıqların icrası planlı şəkildə reallaşdırılır. bizimyol.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter