Həzrət İsanın (ə) Mehdi (əc) hökumətində missiyası nədir?
Həzrət Məsihin İmam Mehdinin (ə.f) təşkil edəcəyi hökumətdə iştirakının bir sıra səbəbləri var:
1. Məsihilər (xristianlar) dünya əhalisinin böyük bir hissəsini təşkil edir. Ona görə də həzrət Məsihin səmadan nazil olması və İmam Mehdiyə (ə.f) iqtida etməsi bütün məsihilərin İmama (ə.f) təslim olması ilə nəticələnəcək.
2. Həzrət Məsihin bu hökumətin təşkilində iştirakı və bütün məsihilərin İmam Mehdiyə (ə.f) tabe olması ilə ədalət qiyamı daha tez və asan qələbə qazanacaq. Məsihilər İmam Mehdiyə (ə.f) iman gətirdiyindən yer üzünün böyük bir hissəsində qan tökülmədən ədalət bərqərar olacaq.
Quran və İncilin buyuruqlarına əsasən, səmaya qalxmış həzrət İsa tarixin sonunda yerə enəcək.
Yuhanna İncilində deyilir: “Sizə deyirəm eşidin: Mən gedirəm və yenidən sizə doğru qayıdacağam“.Əhdi-cədid, Yuhanna İncili, səh.339