NƏ ÜÇÜN ÖZ FİTRƏTİMİ TANIMAĞA MARAQSIZAM?


Cavab: Əsasən, dörd səbəb göstərə bilərik:
1. Unutqanlıq, qəflət (nisyan). Qur`an buyurur: “Allahı unutduqları üçün Allah tərəfindən özləri unutdurulmuşlara oxşamayın.” (“Həşr”,19.)
Bu və ya digər ayələrdən aydın olur ki, kafirlər də ilk əvvəl Allahı tanımışlar. Amma küfrə düşdükdən sonra Onu yaddan çıxarmışlar.
2. Dünyaya vurğunluq. “Ənkəbut” surəsinin 65-ci ayəsində oxuyuruq: “Onlar gəmiyə mindikdə səmimiyyətlə Allaha üz tutar, quruya çıxdıqdan sonra ona şərik qoşarlar.” Demək, başqa şeylərdən ümidini üzən insan öz fitrətinin səsini dinləyib Allaha üz tutur. Amma ətrafındakı dünya ne`mətləri onu yuxuya verir.
3. Rifah və asayiş. Allah-təala buyurur: ”Sizə Allahın əzabı gəlsə və ya qiyamət qopsa, Allahdan başqasınımı çağıracaqsınız? Əgər doğru danışsanız, yalnız Allaha yalvaracaqsınız.”( “Ən`am”, 40-41”.) Ayədən mə`lum olur ki, bəlaya düşmüş insanın fitrəti oyanır. Kübar həyat, ifrat rahatlıq insan fitrətini yuxuya verən əsas amillərdir.
4. Şeytanla dostluq. “Nisa” surəsində oxuyuruq: “Şeytan dedi: “Onları hökmən azdıracaq, puç xülyalara düçar edəcək, heyvanlarının qulaqlarını kəsməyə və Allahın yaratdıqlarını dəyişməyə vadar edəcəyəm.” Allahın yerinə şeytanı özünə dost tutan şəxs aşkar ziyankardır”( Ayə. 119.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter