Həzrəti Fatimə (ə) İmam Əliyə “Məni dəfn edəndən sonra...” hansı mirasları tapşırdı?


Allah Rəsulunun əziz qızı Həzrət Fatimeyi-Zəhranın (s) nəsihətamiz buyuruqlarından (mashreghnews.ir)

Allah və Allahın Rəsulu ilə Əli (ə) haqqında əhdi pozanlar, mənə zülm edənlər, irsimi əlimdən alanlar, atamın Fədək haqqında məktubunu cıranlar mənim cənazəmə namaz qılmamalıdır...

Mühacir və ənsara xitabən: Məndən uzaq olun, məni rahat buraxın. Göstərdiyiniz biganəliklər, yol verdiyiniz səhlənkarlıqlardan sonra üzrə yer qalmayıb. Atam Qədiri-Xum günü kiməsə üzr üçün yer saxladı?!

Ey Əbəl-Həsən! Həqiqətən, Allahın Rəsulu (s) mənimlə əhd bağlayıb buyurdu ki, Əhli-Beytindən ona qovuşacaq ilk şəxs mənəm. Buna çarə yoxdur. Səbirli ol, Allahın qəza-qədərindən razı qal.

Bir kişini görməməsi və kişilərin gözü qarşısında olmaması qadının öz şəxsiyyətini qoruması üçün ən üstün işlərdir.

Əmirəlmömininə (ə) vəsiyyətindən: Ölümümdən sonra məni yaddan çıxarma. Məzarım üstünə görüşümə gəl.

Bu dünyadan üç şeyi sevdim: Quran oxumağı, Allah Rəsulunun çöhrəsinə baxmağı, yoxsullara Allah yolunda əl tutmağı.

Əliyə (ə) vəsiyyətində buyurur: Məni dəfn edəndən sonra mənim üçün çox Quran oxu, dua et. Meyit o zaman hər şeydən çox dirilərlə ünsiyyətə möhtac olur...Vilayet.info


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter