“Əyyami-Fatimə (ə)” - “Fatimə (ə) günləri” ne deməkdir.?


Bu günlər - Peyğəmbərimizin (s.a) yadigarı, dünya və axirət xanımlarının seyyidəsi Həzrət Zəhranın (ə) şəhadətini əhatə edən günlərdir. Xanımın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi İslam Peyğəmbərinin (s.a) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəlin 13-cü günüdür. Bu günlərə \"Fatiməyi-əvvəl\" deyilir. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s.a) dünyadan keçməsindən 95 gün sonra, yəni cəmadius-saninin 3-cü günüdür. Ona görə də alimlər bu iki rəvayət arasındakı 20 günü \"Əyyami-Fatimə (s.ə.)\" adlandırıblar.
Dünyanın bütün yerlərində peyğəmbərsevər insanlar İslamda qadının həqiqi rəmzi olan bu müqəddəs Xanımın (s.ə.) məşəqqət dolu həyatını kədərlə yada salır, o Həzrətin (s.ə.) şəhadətinə səbəb olmuş amillərə görə indinin özündə də narahatlıq keçirirlər.
Əyyamın ehtiramı Aşura qədər əziz tutulur. Məhərrəm-Səfər əyyamında olunduğu kimi insanlar bu günlərdə də əzadar olur.
İnsanların, sevdiyi, əziz, doğma bildiyi şəxsi gedib ziyarət etmək imkanları var. Lakin Əhli-beyti (ə) sevənlər böyük müsibətdir ki, xanım Zəhranın (s.ə) qəbrinin yeri bilinmir. Həzrətin (s.ə) qəbri gizlədilib, dəfni gizli keçirilib. O vaxtın bəlli tarixi ağır şərtləri və ümumiyyətlə, bəşəriyyətə çatdırış üçün Həzrət Zəhranın (s.ə) qəbrinin dəqiqi yeri bilinmir, İmamlarımız (ə) tərəfindən gizli saxlanılır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter