Allah-Taala Musaya (ə) 4 əməlin Onun razılığı üçün olduğunu buyurur?!
Allah-təala Musaya (ə) buyurdu: “Heç bu vaxta qədər xalis bir əməl yerinə yetirmisən?” Dedi: “Bəli. Namaz qılmışam, oruc tutmuşam və zikr demişəm.” Buyurdu: “Namaz sənin siratdan keçməyin üçündür. Oruc cəhənnəm atəşi qarşısında qalxanındır. Zikr isə behiştdəki dərəcələri qaldırır. Bəs elə isə, bütün bunlar sənin özün üçün olub.” Musa (ə) ağladı və ərz etdi: “Pərvərdigara! Mənə elə bir iş öyrət ki, yalnız Səndən ötrü olsun.” Xitab olundu: “Zülm görmüşə kömək göstərmisən? Çılpağı geyindirmisən? Susuza su vermisən? Alimə ehtiram etmisən? Bunlar xalis əməllərdir.” Ayətullah Meşkinin (r) nəsihətləri kitabı, səh: 87.