Böyük müctəhidlərdən olan Ayətullah Safi Gulpayiqani (hz.) Fatimiyyə əza günləri haqda buyururlar?
Ayətullah Safi Gulpayiqani (hz.): Həzrət Siddiqeyi Tahirə Fatimeyi Zəhra (s) həqiqətdə öz babası Həzrət Peyğəmbər (s) kimidir və Əhli-beytin (ə) yanında xüsusi məqamı var. Belə ki, bütün İmamlar (ə) onun varlığı ilə fəxr edirlər. O müqəddəs varlıq bütün Əhli-beyt (ə) üçün hüccətdir. Yəni özlərinin haqlı olması, qəsbkarların və zalımların qüvvədən düşməsi üçün o xanımın vücudu irəli sürülür. Bütün Əhli-beyt (ə) hüccətdir, lakin Həzrət Zəhranın (s) bu cəhətlərdən hüccət olması hər kəsdən çoxdur.
O, iffəf, ismət və kəramətdə İslamın ilk qadınıdır və onun varlığı bir ülgüdür. Önəmli məsələlərdən biri Fatimiyyə günlərinin hörmətini saxlamaqdır. Fatimənin (ə) vəzifələri, təqvası, ibadəti, elmi və hikməti gərək həmişə belə proqramların içində olsun. Bu vəzifələr çıxışlarda, yazılarda və münasib olan hər fürsətdə açıqlanmalıdır.
Fatimiyyə günlərində o Həzrətin (ə) ilahi şəxsiyyətinə ehtiram qoyumaq vacibdir. O Həzrətin (ə) sözləri bütün qadınların və hətta kişilərin də həyat nümunəsi olmalıdır. Fatimiyyə günləri bir tarixdir. Fatimiyyə günlərini qeyd etmək zalımlara qarşı fəryaddır. Fatimiyyə günləri - yəni cihad. Fatimiyyə günləri - yəni Həzrət Mehdinin (ə) ilahi höküməti günü. Həmçinin Fatimiyyə günləri aşuradır, qədr gecəsidir. Qədr gecəsi və Fatimiyyə günləri - yəni haqqın batilə qalib gəldiyi gün.