Əhli-Sünnət mənbələrində Həzrət Zəhranın (ə) fəziləti haqda hansı hədisləri gəlmişdir?


Əhli-Sünnət kitablarında Fatimeyi-Zəhranın (ə) fəzilətlərini bəyan edən Peyğəmbərdən (s) hədislər:

1-Peyğəmbər (s) buyurmuşdur: \"Aləmlərdə seçilmiş xanımlar dörddür: Məryəm, Asiyə, Xədicə və Fatimə. \" Əl-isabə fi təmyizis-səhabə, cild: 4, səh: 378\"

2-Nazil olundu Quranın Əhzab surəsinin təthir (günahlardan paklıq) ayəsi beş şəxsin haqqında: Mənim, Əlinin barəsində, Həsən-Hüseynin və Fatimənin.\" Səhih Müslim, Səhabələrin fəziləti bölümü.

3-Peyğəmbər (s) buyurur: \"Fatimə mənim canımın parəsidir, məni əziyyət etmiş olar o kəs ki Fatiməni qəzəbləndirə, və onu çətinliyə salan şəxs mənə qarşı bunu etmiş olar.\" Sünən Ət-Tirmizi, cild: 3, Fatimənin (ə) fəziləti bölümü, səh: 240.

4-Peyğəmbər (s) buyurur: \"Bir ananın bütün övladı atalarına nisbət verilərlər, Yalnız Fatimənin (s) övladlarıdır ki, Mənə nisbət verilirlər.\" Kənzül-Ümmal, cild: 13, səh: 101. Hazırladı: \"Yusif Əliyev\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter