İmam Əsgəriyə (ə) aid edilən Quran təfsiri səhihdirmi?


İmam Əsgəriyə (ə) aid edilən təfsir natamamdır, Fatihə və Bəqərə surələrinin şərhini əhatə edir. Bu təfsirin səhih olub-olmaması barədə alimlər arasında fikir ayrılığı vardır. Bir neçə alim (o cümlədən, Mühəqqiq Təfrişi, Mühəqqiq Şüştəri, Əllamə Bəlaği, Şərani, Əstərabadi və b.) təfsirin həm sənədindəki bəzi ravilərin məchul və yalançı olduğunu, həm də rəvayətin mətnində bəzi ciddi məna səhvlərinin mövcudluğunu əsas gətirməklə təfsirin İmama aidliyini şübhə altına almışlar. Lakin Şeyx Səduq, Qütb Ravəndi, İbn Şəhraşub, Əbu Mənsur Təbrisi, Şəhidi-sani, Feyz Kaşani, Əllamə Məclisi, Hürr Amuli, Vəhid Bəhbəhani, Seyid Şübbər, Şeyx Mürtəza Ənsari, Ayətullah Birucerdi, Ayətullah Maməqani, Ağa Büzürg Tehrani, Əllamə Əmini və digər böyük şiə alimləri bu təfsirin həqiqətən, İmam Əsgəriyə (ə) aid olduğunu, amma içində zəif və səhih bölümlərin yer aldığını söyləmişlər. Təfsirin səhihliyinə hökm verən alimlərin sayı daha çoxdur. İslam.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter