Həzrəti Əlinin (ə) məqamı haqqında Peyğəmbərdən (s) hansı hədislər gəlmişdir?


HƏZRƏT ƏLİ (Ə) HAQQINDA PEYĞƏMBƏR (S) HƏDİSLƏRİ

1. «Qədir» hədisi: «Bütün firqələrdən olan məşhur alimlər təsdiq edirlər ki, vida həccindən qayıdan zaman həzrət Peyğəmbər (s) Qədire-Xumda dayanıb buyurdu: «Mən hər kəsin ixtiyar sahibiyəmsə, Əli (ə) də onun ixtiyar sahibidir».

2. «Mənzələt» hədisi: «Əhməd ibn Hənbəl, Şeyx Süleyman Bəlxi, İbn Səbbağ Maliki və bir başqa alimlər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Sən (Əli (ə)) mənim üçün Harun Musa üçün olduğu kimisən».

3. «Yəvmul-inzar» hədisi: «Əksər mö’təbər kitablarda nəql olunmuşdur ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: «Sən (Əli (ə)) mənim qardaşım, vəzirim, varisim və məndən sonra canişinimsən».

4. «Səqələyn» hədisi: «Əksər firqələrin mö’təbər kitablarında nəql olunmuşdur ki, həzrət Peyğəmbər buyurdu: «Mən sizin aranızda iki böyük və ağır əmanət qoyuram: Allahın kitabı və itrətim (Əhli-beyt). Bu iki şey behiştdə mənə çatanadək bir-birindən ayrılmaz».

5. «Səfinə» hədisi: İbn-Abbas və başqa rəvayətçilər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Mənim ailəmin misalı Nuhun gəmisinin dastanı kimidir. Ona süvar olan nicat tapdı, ondan üz çevirən qərq oldu».

6. «Haqq» hədisi: «Əksər firqələrdən olan alimlər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Əli (ə) həmişə haqla olub, haqda Əli (ə) ilə».

Bu sayaq hədislər şiə və sünni mənbələrində kifayət qədərdir. Biz qeyd etdiyimiz hədislərlə kifayətlənirik. kitab.nur-az.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter