İnsan üçün hansı mənəvi üstünlük var ki, namazda olmasın?
Ustad Möhsin Qəraəti bu sualın cavabında buyurur: “Tarixdə gəlmişdir ki, İmam Riza (ə) Məşhəddə olanda camaat namazı qılmaq istədi. Zamanənin zalim xəlifəsi olan Məmuna dedilər ki, əgər Riza (ə) camaat və bayram namazı qıldırsa sənin işin sona çatacaq və məqamını əldən verəcəksən!! Məmun İmam Rizadan (ə) xahiş etmişdi ki bayram namazı qılsın bu hədələmədən qorxaraq, İmamı ictimai ibadətdən yarımçıq sarayına qaytardı.
Yəni namazdır ki insanlarda sevinc, həyəcan və eləcə zalim-zülmə qarşı oyadır. Qəraəti: Mən sizə deyim ki, bu namaz və camaat namazlarımızdır ki, İranda İslam hökuməti qurdu.
Əgər namaz və camaat toplantılarımıza diqqətli olsaq məsumlar bizlərə şəfaət edəcəklər əks təqdirdə qiyamətdə işimiz çətin olacaq.
Bəziləri deyirlər ki, namazı vaxtında qılmaq üçün vaxtımız yoxdur!! Onlardan soruşuram: Yol qaydalarında qırmızı işıqda dura bilirsiniz?! Çörək cərgələrində durmağa vaxt tapırsınız?! Maşınınıza benzin doldurmaq üçün gözləmək üçün vaxt tapırsınız?!
Diqqət yetirməlisiniz ki, cavanlarınızı evləndirirsiniz ki, çirkin işlərdən çəkinsinlər, namazı da qoruyun ki batininiz çirkin işlərdən amanda qalsın.
Namazd hər şey var, Məad, Tövhid, nübuvvət, İmamət və Allahın ədalətini bu xüsusi ibadətdə görmək olar. Namazda paklıq-nəzmlilik qaydaları var ...
Qurani Kərimdə 270 yerdə Allah-Taala namaza dəvət edir zəkat çıxmaqla bir yerdə. Yəni daxili kasıbçılığınızı ibadətlə doldurun, cəmiyyətinizdə olan ehtiyaclıları da zəkat verməklə təmin edin. Necə deyərlər zəkat verin ayağı yalın qalanlar çətinlikdən xilas olsunlar.