Axirətdə hansı hadisələr baş verəcək?


Qiyamətin qopma zamanı gələndə İsrafil adlı mələk Sur adı verilən bir alətə üfləyəcəkdir. Beləcə bütün Yer kürəsi alt-üst olub, bütün canlılar öləcək. İsrafilin ikinci dəfə Sura üfləməsi ilə yeni bir dünya qurulacaq və bütün ölülər diriləcək. Məhşər adı verilən böyük bir meydanda toplanacaqlar. İnsanların dünyada etdikləri hər şey bir səhifə içərisində özlərinə veriləcək. Böyük bir məhkəmə qurulacaq. İnsanlar muhakimə ediləcək. Ömrünü nə yolda bitirdiyi, elmi ilə nələr etdiyi, malını necə qazanıb hara xərclədiyi, vücudunu hansı yollara sərf etdiyi soruşulacaq.

Bu məhkəmədə heç bir şeyi inkar etmək mümkün deyil. Çünki insanın əli, ayağı, gözü, qulağı hətta günah etdiyi yerləri dilə gələcək, əməllərinə şahidlik edəcək. Bir-birilərini qarşı insanların şahidliklərinə də yer veriləcək. Daha sonra insanların etdikləri xeyir və şər əməllər necə olduğunu dəqiq bilmədiyimiz bir tərəzidə ölçüləcək. Etdiyi yaxşılıqlar ağır gələnlər Cənnəti, pis əməlləri ağır gələnlər isə Cəhənnəmi qazanacaqlar. Bu tərəziyə Mizan deyilir. Bundan sonra Cəhənnəmin üzərində necə olduğunu Allahdan başqa kimsənin dəqiq bilmədiyi bir körpü qurulacaq. İnsanlar savab əməllərinə görə fərqli vəziyyətlərdə bu Sırat deyilən körpüdən keçəcəklər. Bəziləri ildırım surətilə keçib Cənnətə girəcəklər. Pis insanlar isə Sıratı keçə bilməyəcək və Cəhənnəmə yuvarlanacaqlar. ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter