Kimlərin duası kimlərin haqqında qəbul olunar?
Dua etmək insandan böyük bəlaları uzaqlaşdırar, bu məsələ haqqında əksi də təsəvvür oluna bilər. Yəni bəzi dəstə insanlar var ki, onların nifrini bəla nazil edəndir misal üçün yetimin bədduası ona zülm edən haqda, atanın bədduası əziyyət edən övladı haqqında və sair.
Bu yazımızda İslami mənbələrdə qeyd olunan 12 dəstənin duası kimlərin haqqında qəbul olunar qeyd edirik.
12 dəstənin duası kimlərinsə haqqında Allah-Taala dərgahında qəbul olunar:
1-Kasıbın ona kömək edənin haqqında dua etməsi,
2-Xəstənin onu ziyarət edən şəxsin haqqında dua etməsi,
3-Valideynin övladı haqqında xeyir istəyib dua etməsi,
4-Ölmüş salehlərin duası sağların haqqında,
5-Qadının həyat yoldaşı haqqında dua etməsi.
6-Məzlumun zalim haqqında duası istər xeyirə istər pisliyinə etmiş ola,
7-Həcc ziyarətində olan şəxsin duası,
8-Müstəhəb həcc ziyarətində olan şəxsin duası müsəlman və möminlərin haqqında,
9-Mömin şəxsin mömin dini qardaşı haqqında duası,
10-Bir evə qonaq gələn şəxsin ev sahibinin haqqında duası,
11-Müəllimin şagirdi haqqında duası,
12-Oruc tutmuş şəxsin duası,