Şeyx tələbəsinin verdiyi 1 suala hansı hikmətli cavabları verdi?
Bir gün tələbələrdən biri öz şeyxindən soruşur Ey şeyx! Biz uca Allaha qarşı bu qədər günah edirik bəs niyə görə O,bizi cəzalandırmır?
Şeyx cavab verir:Sənə o qədər cəza verib ki,amma sən onları dərk eləmirsən! Səndən dua eliyəndə o şirinlik var haa onu almıyıbmı?!
-Məgər insana qəlb sərtliyindən böyük cəza var?
-Xeyrli əməllərə müvəffəq olmursan! Məgər bu cəza deyilmi?!
-Məgər görmürsən,neçə günlər keçir,amma Quranın üzünü açmırsan?!
-Hətta bəzən elə olur ki,uca Allahın bu ayəsini eşidirsən,Biz bu Quranı dağlara endirsəydik,Allahın qorxusundan param-Parça olardılar! Amma sənə heç təsir eləmir?! Sanki eşitməmiş kimi gəzirsən?!
-Məgər görmürsən üzərində nə qədər gecələr keçir,amma sən gecə namazlarından məhrum olmusan?!
-Məgər görmürsən Ramazanda səni tənbəllik basır,şəvvalın 6 gününü,zil hiccənin 10 gününü oruc tutub saleh əməllər edə bilmirsən?!
-Məgər hiss etmirsən itaət sənə çox ağır gəlir?
-Məgər hiss eləmirsən səhər axşam zikirləri sənə ağır gəlir bəzən heçj eləmirsən?!
-Məgər hiss eləmirsən şəhvət və hava küləyi gələn kimi həmən əsirsən?!
-Məgər hiss eləmirsən mal sevgisinə tutulmusan?!
-Məgər hiss eləmirsən qeybət,nəmmamlıq,və yalan danışmaq sənə çox asand gəlir?!
-Məgər hiss eləmirsən fəzilətli əməllərlə məşğul olmursan,amma sənə aid olmayan işlərə girişirsən?!
-Məgər hiss eləmirsən ən çox dünyanın dalına düşmüsən,amma axirətə çoox az vaxt ayırmısan?!
Bax bütün bunlar hamısı xeyrdən məhrum olmaqdır.Və uca Allahın cəzasıdır. asiqem-huseyne.com