Ülul-əzм Peyğəмbərləri neçə nəfərdir və onların kitabları necə adlanır?


Şiə aliмlərinin nəzərincə, bəşər tarixində 124000 Peyğəмbər olmuşdur. Onlardan 113-ü nübüvvət məqamından əlavə, risalət, yəni fövqəladə məmuriyyətə də malik olmuşlar. Peyğəmbərlər arasında 5 nəfərin xüsusi imtiyazı və üstünlüyü vardır. Onlara \"ülul-əzm” deyirlər. Ülul-əzm Peyğəmbərlərin ayinləri bütün dünyaya aid olmuşdur. Həzrət Nuh, İbrahim, Musa, İsa, Мəhəmməd ülul-əzм Peyğəmbərlərdir. İlahi kitablar sırasında isə \"suhufe-Nuh”, \"suhufe- İbrahiм”, \"Tövrat”, \"İncil”, \"Quran” dayanır. İlk dörd kitab zaman keçdikcə dəyişikliklərə məruz qalıb müqəddəsliyini itirsə də, Qurani-Kərim həzrət Peyğəmbərə vəhy olunduğu zaman onun göstərişi ilə yazıya alınmış və dövrümüzədək artırılıb-əskildilmədən qorunmuşdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter