İnsanda müxtəlif növlü istedadlar deyəndə nə başa düşülür?


Həzrət Ayətullah Xamenei həzrətləri bu haqda buyururlar:
İslamın tərbiyə sisteminin əsaslarından biri insanda tükənməz və çeşidli istedadların mövcud olmasıdır. Qurani-kərimdə buyurulur: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxardı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, şükür edəsiniz!“
Allah-Taala sizi dünyaya gətirəndə heç bir şey bilmirdiniz. O, sizə eşitmə, görmə və bilmə bacarığıverdi. Eşitmə, görmə və bilmə insan tərbiyəsinin əsaslarındandır. Bunların vasitəsilə bütün tərbiyə, təlim və üsulları qavramaq və özündə xarakterəçevirmək olar.
İnsan təbiətcə belədir: bir şeyi öyrənib qəlbinin dərinliyinə yeritsə, onun xarakterlərindən olur,təbii instinkt və xüsusiyyətlər kimi daxilində qalır. İslamın tərbiyə sisteminin ilkin əsası budur ki, insan yetkinləşib inkişaf etmək üçün qavrayış imkanlarına və istedada malikdir. \"Minlərlə fəhlə və müəllimlə görüşdə çıxışından: 1998.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter