Ustad Qəraətinin baxışında: Uşaqlara bu mərhələ ilə ibadəti öyrədin.
Ustad Qəraəti uşaqların ibadətində tərbiyə metodlarının bu cürə olmasını təsirli biilr:
Birinci mərhələdə: -Rəvayətlərdə gəlmişdir ki, uşaqlarınızı 3 yaşına qədər azad buraxın, bu yaşa çatdıqda \"La İlahə İllalah\" zikrini öyrədin.
İkinci mərhələdə: -Uşağınız 3 yaş, 7 ay və 20 günə çatdıqda ikinci öyrətdiyini cümləniz \"Məhəmməd Rəsulallah\" olmalıdır,
Üçüncü mərhələdə: -Uşağınız 4 yaşını tamamlayanda övladınıza Peyğəmbərə (s) salavat deməyi öyrədin.
Dördüncü mərhələdə: -Uşağınız 5 yaşına çatanda sağ və sol əllərinin istiqamətini təyin edən zaman ona qibləni necə tapmağı öyrədin.
Beşinci mərhələdə: -Uşağınız 6 yaşına çatanda ona namaz, ruku və səcdələri öyrədin.
Altıncı mərhələdə: -Uşağınız 7 yaşına çatdıqda isə ona əl-üzünü (dəstəmaz almağı) öyrədin.
Yeddinci mərhələdə: -Uşağınız 9 yaşını keçdikdə isə namaz qılmasına diqqət yetirin, əgər Allaha ibadət etmək haqqında tənbəllik etsə onu söz və əməldə ziyanverməyəcək yollarla danlayıb cəzalandırın. namaz.ir.