Nə üçün «Yasin» surəsİ daha çox tİlavət olunur?


Cavab: Bu surə «ya» və «sin» müqəttə hərfləri ilə başlayır. İmam Sadiq (ə) buyurur: «Yasin Allahın Rəsulunun adıdır. Çünki bunun ardınca buyurulur ki, «sən mürsəl (şəriət sahibi olan) peyğəmbərlərdənsən». Surədə yaranış, qiyamət, həyat və ölüm haqqında müxtəlif səhnələrlə qarşılaşırıq.
Hədislərdə «Yasin» surəsi «Quranın qəlbi» adlandırılır. İmam Sadiq (ə) buyurur: «Bu surəni qürubdan əvvəl oxuyan insan gün uzunu hifz olunar və bol ruzidən faydalanar. Hər kəs bu surəni yatmazdan əvvəl oxusa, Allah min mələk məmur edər ki, onu hər şeytan və hər bəladan qorusun».(«Məcməul-bəyan».)
Lakin bu fəzilətlər surəni kor-koranə oxuyana yox, onun məfhumunu düşünüb, anlayanlara şamildir. Elə bir düşüncə ki, insanın əməllərinə sirayət edir!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter