İslam maarifində göz ağrısını kəsmək üçün məsləhət olunan dua


Göz ağrısını kəsmək üçün məsləhət olunan dini dua və əməllər:

1. Aşağıdakı duanı sübh və məğrib namazlarından sonra oxuyun:
Allahummə inni əsəlukə bihəqqi Muhəmmədin və ali Muhəmmədin ələykə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəcəlin-nurə fi bəsəri vəl-bəsirətə fi dini vəl-yəqinin fi qəlbi vəl-ixlasə fi əməli vəs-səlamətə fi nəfsi vəs-səətə fi rizqi vəş-şukrə ləkə əbədən ma əbqəytəni.

Duanın tərcüməsi

İlahi, Səndən Muhəmməd və ali Muhəmmədin haqqına istəyirəm ki, Muhəmməd və ali Muhəmmədə salavat göndər. Gözlərimdə nur və işıq qərar ver. (Gözlərimi işıqlandır.) Mənə dinimdə bəsirət, qəlbimdə yəqin, əlimdə ixlas, nəfs və bədənimdə sağlamlıq, ruzimdə genişlik qərar ver və nə qədər ki, varam və yaşayıram sənə şükür edənlərdən olum.
2. Aşağıdakı duanı oxumaq.
Yunis ibni Tibyan deyir: İmam Sadiq (ə)-ın huzuruna getdim. O həzrətin gözləri ağrıyırdı. Biz həzrətin bu halətini gördükdə çox narahat olduq. Bir gün sonra yenidən o həzrətin huzuruna getdik. Amma bu dəfə həzrətin gözləri ağramırdı.
Soruşduq: Sənə qurban olaq, gözlərinizi nə ilə müalicə etmisiniz?
Buyurdu: Müəyyən şeylərin vasitəsilə.
Dedik: O müəyyən şey nə idi?
Buyurdu: Göz ağrısı üçün dua idi.
Sonra biz də o duanı yazdıq.
Əuzu biizzətillahz,və əuzu biquvvətillahv və əuzu biqudrətillah və əuzu binurillah və əuzu biəzəmətillah və əuzu bicəlalillah və əuzu bicəmalillah və əuzu bicəmillah.
Dedik: \"Cəmillah\" nədir?
Həzrət buyurdu:
Bikullillah və əuzu biəfvillah və əuzu biğufranillah və əuzu birəsulillahi yallahi və əuzu bil-əimmə.
İmamların adını bir-bir dedikdən sonra buyurdu:
Əla ma təşau min şərri ma əcidu Allahummə rəbbəl-mutiin.

Gözün zəifliyi üçün dua

Gözün zəifliy üçün zəif görən gözünə Ayətul kürsünü oxusun.Və qəlbində onun yaxşı olmasını niyyət tutsun və əgər Ayətul kürsünü oxumazdan əvvəl əlini ona qoyarsa bu duanı oxusun.
Uizu nurə bəsəri binurillahilləzi la yutfə.

Duanın tərcüməsi

Gözümün nurunu, Allahın heç vaxt sönməz nuruna pənah verirəm.

Göz üçün başqa bir dua

1. Rəvyayətə əsasən Qurani Kərimin üzündən oxumaq, göz üçün yaxşıdır.
2. Başqa bir rəvayətə əsasən gözün sağlamlığı üçün hər gün desin:
Fəcə-əlna səmi-ən bəsira.
3.Şeyx Kəəfi deyir:Təcrübəyə əsasən,göz ağrısı və ümumiyyətlə bədənin bütün üzüvlərinin dərdləri üçün həzrəti İmam Musa Kazım (ə)-a təvəssül etmək təsirlidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter