İmam Zamanın (əc) zühurunun intizarında olmağın fəziləti haqda 2 hədis.


Keçən yazılarımızda qeyd olunduğu kimi, İmamın qeybət dövründə baş vercək çətinlik və hadisələr nəticəsində insanların İmama olan əqidəsi zəifləyəcək. Bu çətinlik və hadisələrdə sərgərdan olmamaq üçün, Əhli-beytdən (ə) çoxlu rəvayətlər nəql olunub ki, onlardan çıxış yoluna işarə olunub. Numunə üçün Əlidən (ə) hədis mənbələrində nəql olunmuş rəvayətlərdən ikisini burada qeyd edirik:

1- Hədis:
عن محمد بن ابي عبدالله (عليه السلام) قال...
قال علي (عليه السلام) انتظروا الفرج و لا تياسوا من روح الله، فانّ احبّ الاعمال الي الله عزّ و جلّ انتظر الفرج ... و المنتظر لامرنا كالمتشحّط بدمه في سبيل الله.

Tərcüməsi:
Mühəmməd ibn müslüm İmam Sadiqdən (ə) belə nəql edir:
O, həzrət öz ata və babalarından, onlarda Əmirəl-möminin Əlidən (ə) belə rəvayət ediblər:
İmam zamanın (ə.c) intizarında olan və Allahın lütf və mərhəmətindən ümüdsiz olmayın. İzzət və cəlal sahibi olan Allah ən çox bəyəndiyi işlərdən biri də, İmam zamanın (ə.c) zuhurunun intizarında olmaqdır.

Sonra İmamın zuhurunun intizarında olmağın fəzilətinin ardınca buyurdu: hər şəxs İmamın zuhurunun intizarında olsa, o, döyüşçü kimidir ki, Allah yolunda öz qanına bulaşıb.

2- Hədis:
قال زيد بن صوحان العبدي يا امير المومنين! اي الاعمال احبّ الي الله عزّ و جلّ؟ قال (عليه السلام) انتظار الفرج من اعظم الفرج.

Tərcüməsi:

Zeyd ibn Suhan Əbdi İmam Əlidən (ə) soruşdu:
Ya Əmirəl-möminin! Hansı əməl aləmlərin Rəbbinin yanında sevimlidir?
Həzrət buyurdu: İmam zaman (ə.c) zuhurunun intizarında olmaq.

hazırladı: Hacı Tərlan Seyfullah.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter