Peyğəmbər və imamların üzük qaşlarındakı yazılar haqqında açıqlamalar.


Üzük qaşlarındakı yazılar haqqında: İbrahimə (ə) vəhy olundu: \"Üzüyün sağ əlinə tax ki, atəşin hərarətindən nicat tapasan .”


1-Rəvayətlərdən birində deyilir: Nuh (ə) gəmisinə mindiyi zaman Allah-təaladan belə bir vəhy olundu. \"Ey Nuh ! Tufan şiddətləndiyi zaman gəminin qərq olma təhlükəsi olarsa min dəfə (La ilahə illəllah) kəlməsini təkrarla və nicat tapmanız üçün dua et. Gəmi yola düşür, bir qədər getdikdən sonra cox şiddətli bir tufan başlayır. Nuh (ə) min dəfə la illahə illəllah kəlməsini iqrar edə bilməyəcəyini görüb Səryanı dilində (Həluliya əlfən ya mara səqən )

bu kəlməni dedi. Tufan sakitləşdi və gəmi yenidən öz yoluna düşdü. Nuh (ə) bu əhvalatdan sonra belə qərara gəlir ki, bu kəlmənin tərcüməsini üzüyünün qaşına yazdırsın. (La ilahə illəllah əlfə mərrətin ya rəbbi əslihni).

2-Rəvayətlərdən birində deyilir: \"İbrahim peyğəmbərin oda atıldığını görən həzrəti Cəbrail Allah-təalanın ərşinə üz tutub dedi: Pərvərdigara ! Səninlə düşmənçilik edən bir qövm sənə bəndəlik edən əməli-saleh bir möminə əsla rəhm etməyirlər. Allah-təalanın dərgahından belə bir xitab gəldi. Buna görə heç narahat olmayın . Mən istədiyim an onu xilas edə bilərəm. Bundan sonra Çəbrail arxayınlaşıb İbrahimin yanına nazil oldu və onda soruşdu: Köməyə ehtiyacın varmı? İbrahim (ə) buyurdu : sənin köməyinə yox . Sonra Allah-təala üzərində altı hərfdən ibarət olan qaşlı bir üzük göndərdi. Üzüyün üzərində bu sözlər yazılmışdı.

(La ilahə illəllah Muhəmmədun rəsulullah la həvlə vəla quvvətə illa billah fəvvəztu əmri illəlah əsnədtu zəhri iləllah xəsbiyəllah) Və ona belə bir vəhy etdi: \"Üzüyün sağ əlinə tax ki, atəşin hərarətindən nicat tapasan .”

3-Musa (ə)-ın üzüyünün üzərində belə bir yazı var idi . (İsbir tucər usduq tuncə) (Səbr et ki, mukafatlanasan , düz danış ki,nicat tapasan ).


4-İmam Həsən (ə)-ın üzüyünün qaşında belə bir yazı var idi. (Əl izzətu lillah)

5-İmam Hüseyn (ə)-ın üzüyündə isə (İnnəllahə baliğu əmrihi) kəlməsi yazılmışdı.

İmam Cəfər Sadiq (ə)-ın üzüyünün qaşında bu sözlər yazılmışdı. (Əllahu vəliyyi və isməti min xəlqihi)

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: \"Üzüyünün qaşında aşağıdakı kəlmələr yazılan şəxslər daimi fəqirlikdən və xoşa gəlməz hadisələrdən uzaq olarlar.” (Maşəallah la quvvətə illa billah əstəğfirullah)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter