Həzrət Peyğəmbər (s)-ın 2 sualını Şeytan (lən) cavablandırır?!


Allah Təala şeytana əmr etdi. Get! Hz. Məhəmmədin (s) suallarına cavab ver. İblis əli əsalı bir qoca cildində həzrət Peyğəmbərin (s) yanına gəldi.
Həzrət Peyğəmbər (s) ilə Şeytan (lən) arasında bu dialoq baş verir.

Peyğəmbər (s) - Sən kimsən?
Şeytan (lən) - Mən İblisim.
Peyğəmbər (s) - Nə üçün gəldin?
Şeytan (lən) - Allahın əmri ilə suallarına cavab verəcəyəm.
Peyğəmbər (s) - Ya lənətlənmiş, ümmətimdən neçə düşmənin var.
Şeytan (lən) - On beş düşmənim var.

1. Sənsən,
2. Ədalətlə iş görən hökmdar,
3. Alçaq könüllü comərd, zənginlər.
4. ticarətində doğru olanlar.
5. Allahdan qorxan alimlər (əhli-i təqva sahibləri).
6. Nəsihətlə hər kəs üçün xeyir istəyən möminlər.
7. Ürəyi mərhəmətli möminlər.
8. Tövbə edib, tövbəsində stabillik edənlər.
9. Haramdan çəkinənlər.
10. Daim dəstəmazlı olanlar.
11. Hər zaman çox sədəqə verənlər.
12. İnsanlarla yaxşı dolanan, gözəl (həlim) xasiyyətli kəslər.
13. İnsanlara faydalı olanlar.
14. Quran-ı çox oxuyanlar və Allahı davamlı zikr edənlər.
15. Gecə insanlar yatarkən qalxıb namaz qılan və ibadət edənlər.

Peyğəmbərin (s) ikinci sualı bu oldu:
- Ümmətimdən sənin yoldaşların kimlərdir.

1- Zalim hökmdar
2- Qürurlu zənginlər,
3- Xain ticarət və sənət mütəxəssisi,
4- İçki içənlər, qeybət edənlər.
5- Zina edənlər,
6- Yetim malı yeyənlər,
7- Namazı qılmayıb tərk edənlər,
8- Zəkat verməyənlər,
9- Boş mənasız söhbətlər edənlər mənim yoldaşlarımdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter